Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Heç də asan deyil insan həyatı, Yorğundu yollarda hər ömrün atı… *** İradə çökdürür qorxu-hürkünü, Doğulan çəkməli ömür yükünü. 17.03.2017