Adam var qan qusur hər gün acından, Nadanlar yalanın tutub ucundan. Dünyada doğulan bir çox insanın, Ümidi asılıb dar ağacından! 24.01.2017
Kim kimin əlində əzildi getdi? Bütün ağrılara yük olan dünya. Ömürlər cunatək süzüldü getdi, Hamının gözündə tək olan dünya, Bəs səni Yaradan nədən xəlq etdi?! 17.12.2016 Şirin Xanım Kərimbəyli Şadiman
Doydura bilmirsən məmur qarnını, Soyub talayırlar hər gün varını. Vətən, insanların ac-yalavacdı, Səni yazıq edir yurdun harını! ** Daxili gözəllik üzdə görünür, İnsanın kimliyi sözdə görünür. Kirpitək qınına çəksəndə başı, Etdiyin əməllər düzdə görünür. 21.01.2017 Şirin Xanım Kərimbəyli Şadiman
Diləklər içində coşub daşasan, Ağrından alışan nidamsan, Vətən! Olmayır dünyada heç bir şey asan, Sən mənim bitməyən sevdamsan, Vətən. Gələn sabahlara işıq kimisən, Mənim ürəyimə aşiq kimisən, Dərdimi hayqıran aşıq kimisən, Ruhumun daddığı qidamsan, Vətən. Anlamaz nə bilir ocaq istisin, Yurdun bacasından qalxan tüstüsün, Soyuqsa, könlümə gir bir az […]