Вы просматриваете: Главная > Şeirlər >  SEVDAMSAN, VƏTƏN

 SEVDAMSAN, VƏTƏN

 

 

 

 

Diləklər içində coşub daşasan,

Ağrından alışan nidamsan, Vətən!

Olmayır dünyada heç bir şey asan,

Sən mənim bitməyən sevdamsan, Vətən.

 

Gələn sabahlara işıq kimisən,

Mənim ürəyimə  aşiq kimisən,

Dərdimi hayqıran aşıq kimisən,

Ruhumun daddığı qidamsan, Vətən.

 

Anlamaz nə bilir ocaq istisin,

Yurdun bacasından qalxan tüstüsün,

Soyuqsa, könlümə gir bir az isin,

Sən özün dərd çəkən adamsan, Vətən!

 

Şadiman qəlbini sənə şam edib,

Doğulub demə ki, bir yol kam edib,

Vallah, məni aşiq bu ilham edib,

Hönkürən təbimə sədamsan, Vətən!

14.02.2016

Şirin Xanım Kərimbəyli Şadiman

Şərh üçün bağlıdır.