YENİ İL, GƏLİRSƏN SƏADƏT GƏTİR, DÜNYANI SAFLIĞA, PAKLIĞA YETİR. BÜTÜN İNSANLARIN ÜZLƏRİ GÜLSÜN, HƏR KƏSİN GÖZÜNDƏN SEVİNC TÖKÜLSÜN !!!
ERMƏNİ GÜLLƏSİ BATMADI SƏNƏ Özünə od vuran Qarabağ Qazisi Zaur Həsənovun ruhuna… Erməni gülləsi batmadı sənə, Səni bizimkilər yaman batırdı. Bizdə unutqanlıq olub ənənə, Nəsildən-nəsilə yurda yatırdı. Özünə od vurub, canına qıydın, Məmur hikkəsinə dözməyən Qazi, Balalar önündə bunu haqq duydun, Ağrını, acını çözməyən Qazi. Çoxu künc-bucaqda gizlənən zaman, Vətən harayına savaşa qalxdın. Haqqı tapdalayan […]
HEÇ OLMADI BİR XOŞ GÜNÜMÜZ Heç olmadı bir xoş günümüz, ay bahalanma, Aldı başımız üstünü ah-vay, bahalanma. Çoxları tökür başına şabaş təki pulu, Bir bilməyirlər nədir o say, bahalanma. Qəpik-quruşa meylimizi etmişik pənah, Gözdə yaşımız olmadadı çay, bahalanma. Bizlər də axı bu Vətənin övladı olduq, Harayımıza kimsə demir hay, bahalanma. Mənzil pulu, işıq pulu, qaz […]
YOXDUR ƏGƏR QƏLBİNDƏ Əgər yoxdur qəlbində sənin Allaha məhəbbət, Artacaqdır günbəgün bil ki, günaha məhəbbət. Gecələr dincliyini qurban edənlər fənaya, Eyləməz heç bir zaman gələn sabaha məhəbbət. Özünü ağıl evinə bənna sayanlar bilə, Ağıl yox, ürək edir çox vaxtı aha məhəbbət. Nə çoxdu sevdaları hicranlarda arayanlar, Bilsinlər ki, heç getməyir gah-gaha məhəbbət. Şadimana deyin bilsin […]