Вы просматриваете: Главная > Şeirlər > YOXDUR ƏGƏR QƏLBİNDƏ

YOXDUR ƏGƏR QƏLBİNDƏ

YOXDUR ƏGƏR QƏLBİNDƏ

Əgər yoxdur qəlbində sənin Allaha məhəbbət,
Artacaqdır günbəgün bil ki, günaha məhəbbət.

Gecələr dincliyini qurban edənlər fənaya,
Eyləməz heç bir zaman gələn sabaha məhəbbət.

Özünü ağıl evinə bənna sayanlar bilə,
Ağıl yox, ürək edir çox vaxtı aha məhəbbət.

Nə çoxdu sevdaları hicranlarda arayanlar,
Bilsinlər ki, heç getməyir gah-gaha məhəbbət.

Şadimana deyin bilsin eşqə düşmək bir xətadır,
Qəlbə gəlir hər bir zaman, çünki baha məhəbbət.
02.12.2013