GÜLÜŞLƏR QONUB DODAĞA Gülüşlər qonub dodağa, Bir incə mətləb istəyir, Vurur özün daşa, dağa, Ürəyimdən təb istəyir. Çeşmə-çeşmə sular təki, Zirvələri çalar təki, Gəlib qəlbi alar təki, Yara vurub həb istəyir. Heyrətinə bürünmüşəm, Arxasınca sürünmüşəm, Hara baxsa görünmüşəm, Hər eyhamda dəb istəyir. Gülüşlərin əvəzi yox, Çəkəcəyim tərəzi yox, Mənimlə bir qərəzi yox, Qəmimdən ədəb istəyir. […]
MƏN NİYƏ GÖZLƏDİM Mən niyə gözlədim yolunu sənin? Bir ömür beləcə bitdi çarəsiz. Ötən günlərimiz kino lentitək Gözlərim önündən ötdü çarəsiz. Şübhələr dolaşdı yuxularımı, Həyat ətri verən qoxularımı, Ağlatdı, güldürdü qorxularımı, Ocaq tüstüsütək itdi çarəsiz. Əqlin biganəlik libasın geydi, Eşqin qarşısında özünü öydü, Dəli hıçqırtılar qəlbimi döydü, Sənə xəyallarda yetdi çarəsiz. Bir ömür bəs etməz […]
ÜRƏYİN HÖKMÜYLƏ YAZILAN MƏKTUB ( «Xalq yazıçı»sı Əkrəm Əylisliyə) Öncədən sizin diqqətinizə yetirim ki, mən şair-publisist Şirinxanım Ağabala qızı Kərimbəyli (Şadiman) heç bir siyasi partiyanın üzvü deyiləm, heç bir təmtəraqlı atributların daşıyıcısı deyiləm, bu yerə qədər yazdığım və çap etdirdiyim yazılarımdan heç bir yerdən qonarar almamışam və buna da ehtiyac duymuram. Çünki vaxtında özümə necə […]