Вы просматриваете: Главная >Архив для Mart, 2022

YER OYNAYIR YERİNDƏN

Torpaq çərşənbəniz qutlu olsun! Bu təzə yazdığım şeirlər fədakar Ukrayna xalqına həsir olunub! Tanrı Ukraynaya yardımçı olsun! İnanıram ki, Haqq qələbə çalacaq!…   Yer oynayır yerindən, Unudub Allah yeri. Köks ötürür dərindən. Bir sümükdür, bir dəri.   Şər başlar savaş doğur, Dağılır yurd-yuvalar. Dözmür partlayır bağır, Haqqa yetmir dualar!   Qatil meydan sulayır, Dünya dönüb […]

QƏHRƏMAN UKRAYNA XALQI

Sənin azadlığın kişiliyində, Yumruğa dönübdü hürr birliyində, Cəsurluq canında, saf iliyində, Verdin haqqa fərman Ukrayna xalqı, Soy-kökü qəhrəman Ukrayna xalqı. Laxlat İmperyanın tacı-taxtını, Ağlasın bugünü qara baxtını, İrəli, boşuna vermə vaxtını!… İndi qızıl zaman Ukrayna xalqı, Soy-kökü qəhrəman Ukrayna xalqı. Sənin bayrağında göyün rəngi var, Geniş zəmilərin yurd ahəngi var, İşğalçı qansıza ölüm zəngi var! […]