Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Doğuldun, çəkməli ömür yükünü, Qovmalı başından qorxu-hürkünü. Kimsəyə ümidi bəsləmə, ey kəs, Bu həyat qovğası, yaşam sürgünü! 08.05.2024