Вы просматриваете: Главная >Архив для May, 2020

İYIRMI SƏKKIZ MAYISAN

  Ürəyində dərdləri qubarlanan, bayramım, Şanlı istiqlal eşqi qamarlanan, bayramım, İzi-tozu silinib hamarlanan, bayramım, Bir millətin Tanrıya ucalan ah-vayısan, Əski Azərbaycanın İyirmi səkkiz mayısan. O böyük məmləkətin qazanılan yoluydun, Əsir, kölə millətin açılmış əl-qoluydun, Sildilər yaddaşlardan… tarixəsə uluydun, Dədəm Oğuz bəyinin, sən Bozqurd harayısan, Əski Azərbaycanın İyirmi səkkiz mayısan. Yetmiş il dilimizdən aldılar bu kəlməni, […]

VƏTƏN DEDİLƏR

Vətən, səni tikə-tikə, parça-parça yedilər, Utanmadan, çəkinmədən sənə Vətən dedilər… Çalxatdılar içindəki göz yaşını nəhirtək, Boğazlarda kilidləndin hönkürməyən qəhərtək… Araz boyda kədər oldun bağrımızda nə vaxtdı, İçi ulusun qarışıq qara elədik baxtı. İndi sənə barmağını silkələyir gədələr, Səni udmaq diləyiylə eşqə düşüb mədələr. Torpağının ortasında xain yuva saldılar, Bu minvalla hissə-hissə hər neyin var aldılar. […]

QİSASA ÇAĞIRIR

Bizə ölmək olmaz, ey soydaşlarım, Analar, bacılar, qan qardaşlarım, Quru gözlərimdən axan yaşlarım, Batıb əsirlikdə solanlar yasa, Qisasa çağırır Vətən, qisasa! Uşaqdan böyüyə ağlamaq yetər, Özgəyə ümidlər bağlamaq yetər, Bəsdi, sinəmizi dağlamaq yetər, Son qoyun bu yurddan olanlar yasa, Qisasa çağırır Vətən, qisasa! Bunu Pənahabad sarayı deyir, Şuşanın o əsir harayı deyir, Xocalıdan qopan el […]