Вы просматриваете: Главная >Архив для Oktyabr, 2019

VƏTƏN

Müstəqillik günün mübarək, Vətən, yurdlarının işğaldan azad olan gününü görmək nəsibimiz olsun!!!

GÖZÜMÜZ YOLUNDA, “ BARIŞ PINARI”

Dönəsən gələsən bizim ölkəyə, Bəxtimiz qalıbdı bəlkə-bəlkəyə… Neçə il düçarıq min mərəkəyə, Qurtar bəlalardan sən bu diyarı, Gözümüz yolunda, “Barış Pınarı”. İşğaldan qəlbimiz bağlayıb qubar, Dərd dərdin üstünə yüklənən anbar, Biz də qələbəni gəl edək nübar, Budur yaşammıza həyat meyarı, Gözümüz yolunda, “Barış Pınarı”. İşğalın hər üzün görənlərdənik, İşğalla bir ömür sürənlərdənik, Ağrı meyvəsini dərənlərdənik, […]

İŞĞAL ALTDA YURDUMUZ

Hanı Vətən, qılınc çəkən mərd ulun?! Biz susuruq düşmən atır əl-qolun, Hamı bilir azıb yağı haqq yolun, Tapdalayaq ayaq altda şər qulun, Ay həzarat, işğal altda yurdumuz, Niyə susur, tərpənməyir Ordumuz?! Sözlər daha misralardan yan qaçır, Səbir daşır, bədənindən can qaçır, Zaman gedir, vaxt dəyişir, an qaçır, Kişilikmi bu bəladan can qaçır?! Ay həzarat, işğal […]

ÜZÜNÜN DONU

  Min yol dəyişirsə üzünün donu, Hiyləyə, fitnəyə mail olmusan. Əgər görünmürsə pisliyin sonu, Doğulan günündən zail olmusan.   Bəsirət gözünü aç ətrafa bax, Etdiyin şər işin başını burax, Qəlbinin kinini özün yandır, yax, Deməsinlər şərə qail olmusan.   Heç kəs bu dünyadan heçnə aparmır, Vaxtdan bircə gündə artıq qoparmır, Əgər can evini xoş duyğu […]