Вы просматриваете: Главная >Архив для May, 2018

EY ADAM   İnsanlıqdan çıxana eyləmə ülfət, ey adam, Verər ruhuna sənin sağlamaz illət, ey adam.   Hər kəsin beyninə çatmaz eləsin yaxşılığı, Ağılın ziyasıdı edə mərifət, ey adam.   Çox mənəm deyənlərin təpəsi yerə çaxılıb, Şərə eşq edənləri tapacaq zillət, ey adam.   Heç kəsə vəfasını etmədi inkar Yaradan, Eyləmə Tanrı verən ömrünü alət, […]

DÖRDLÜK

Açma ürəyini hər kəs önündə, Ağıl da yorulur həvəs önündə. Ömrün dolayları yorur adamı, Can taqətdən düşür nəfəs önündə…! 15.05.2018

İnsan kitab deyil oxumaq olsun, Ömrü xalı təki toxumaq olsun. Daim üstələyir mənfi müsbəti, Bu qədər sitəmə can toxmaq olsun…   09.05.2018 Ş.K.ŞADİMAN  

DÖRDLÜK

Çəkmək istəyirsən ömür yükünü, Çıxart ürəyindən qorxu-hürkünü. Həyat acıların yükləmə qəlbə, Hər canı gözləyir ölüm sürgünü… 08.05.2018/ Ş.K. Şadiman