Вы просматриваете: Главная >Архив для Mart, 2018

Bayatı

Ağrı canda əzabdı, Bədəndə inqilabdı. Etdiyi çevrilişi Ömürlə haqq-hesabdı. 10.03.2018

BOYLANIM XƏZƏRƏ SARI

  Deyirsən boylanım Xəzərə sarı, Boylanıb baxıram, görmürəm səni. Həsrət könlə doğur min bir ah-zarı, Beləmi bəxtəvər edirsən məni?! Mənim ruhum çaşqın dəlilər kimi, Hönkürür sükuta bürünən qəlbə… Yadından çıxmışam ölülər kimi, Nə deyim arxanca sürünən qəlbə….?! Səhərim gecəmə qəhqəhə çəkir, Sükuta bürünmüş saniyələr ağlar. Məni sənə tərəf bilməm nə çəkir, Əgər bu eşqdirsə neçin […]

DÖRDLÜK

Həyat mənasızdı ağrı olmasa, Bədən cansız əşya bağrı olmasa. Dünya məhvərindən qopub dağılar, Haqqa sadiq olan doğru olmasa… 27.02.2018