Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Həyat mənasızdı ağrı olmasa, Bədən cansız əşya bağrı olmasa. Dünya məhvərindən qopub dağılar, Haqqa sadiq olan doğru olmasa… 27.02.2018