Вы просматриваете: Главная >Архив для İyun, 2017

DÖRDLÜK

Özü də sirli bir dünyadı insan, Onu kəşf eləmək deyildir asan… Sən onun qəlbinin yolun tapmasan, Edər göz yaşını ömrünə ehsan. 21.06.2017

DEYİMLƏR

Ağıl bazarda satılmır ki, alasan…kimdə yoxdursa, çarəsi də yoxdur…

DEYİMLƏR

İnamı öldürməyə yox, güldürməyə cəhd edək…

CİBİ BOŞDU

Cibi boşdu, könlü dolu, Şairi qınaq etməyin. Bir ürək verib Allahı, Təcürbə, sınaq etməyin. Onsuz da yanıb köz olub, Hər addımı bir söz olub, Hamının sözü döz olub, Dözməyə qonaq etməyin. 17.06.2017