Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Özü də sirli bir dünyadı insan, Onu kəşf eləmək deyildir asan… Sən onun qəlbinin yolun tapmasan, Edər göz yaşını ömrünə ehsan. 21.06.2017
Şərh üçün bağlıdır.