Вы просматриваете: Главная >Архив для Fevral, 2017

DÖRDLÜK

Heç aşmaq olmayır ürək dağını, Çevirir həyatın xoş varağını. Əzəldən belədir dünyanın işi, Büdrədin saxlamır yer ayağını… 09.02.2017

ÇÖKMƏ GEDİR ÖLKƏDƏ

Yavaş-yavaş çökmə gedir ölkədə, Qayıdarıq xoş günlərə bəlkə də. Ağlımızı cəm eyləsək bir yerə, Qovuşarıq çox qayğısız illərə. Rüşvətxorun varlığına tüpürək, Zibil təki bu ölkədən süpürək. Təmizliyi şüar edək hər kəsə, Nəfsimizi tutub salaq qəfəsə. Hamı görsün xoş gününü zəhmətdə, Həyat eşqi cilvələnsin millətdə. Bahalaşan ağıl olsun, ərzaq yox, Belə olsa mədəmiz də olar tox. […]