Вы просматриваете: Главная >Архив для Dekabr 9th, 2012

DÜŞMƏN DƏYİRMANINA SU TÖKƏNLƏR

                             DÜŞMƏN DƏYİRMANINA SU TÖKƏNLƏR                                       GÖZLƏNİLMƏZ XƏBƏR            Ramil Səfərovun Macarıstan məhbəsindən qəfil qurtulması xəbəri aləmə car olan kimi, nəinki öz insanlarımız arasında, hətta dünya səviyyəsində kütləvi xəbər birliklərində səs-səda qopdu. Əminəm ki, bu torpağın çörəyini yeyib suyunu içən, milliyyətindən asılı olmayaraq ruhunda azərbaycançılığı hiss edən hər bir kəs bu gözlənilməz azadlığa sevindi. Elə […]

BAKININ TƏBRİZƏ AÇIQ MƏKTUBU

                              BAKININ TƏBRİZƏ AÇIQ MƏKTUBU Çox düşündüm izzətli, hörmətli, sevgili Təbrizim açıq məktubumu sənə yetirim, ya yox? Belə qərara gəldim ki, yetirsəm yaxşıdır. Məktubdan qopan harayım qulağına yetişəndə bəlkə sənə hökmranlıq edən güc adamları da insafa gələ və bizim, həm də sənin də əzizin olan iki gənc şairimizi  Fəridimizi və Şəhriyarımızı bizə qaytaralar. Axı İslami […]

URMU GÖLÜ HARAYI

                                   URMU GÖLÜ HARAYI Güney ağrısı daima ürəyimdə dərd olaraq özünə yurd-yuva salıb. Güney Azərbaycanında tədris ocaqlarında dilinə yasaq qoyulmuş başıbəlalı xalqımız İran üsul-idarəsinin əlində ağrılar içərisindədir. Mənə elə gəlir ki, Vətən eşqi bütün hisslərdən, duyğulardan ucada durur. Bu duyğunu ürəyində daşıyanların əksəriyyəti ziyalılar, mənəviyyat adamlarıdır. Məcburiyyət ucbatından dünyanın dörd bir yerinə səpələnmiş,  binəva Güneyli […]

SAYMAN ARUZ BƏYƏ DİLƏKÇƏM

                   AYB-NİN GÜNEY AZƏRBAYCAN ŞÖBƏSİNİN                   RƏHBƏRİ SAYMAN ARUZ BƏYƏ DİLƏKÇƏM   Çox düşündüm bu diləkçəni sizə nəzimlə yazıb, amma sonra fikirimdən qəti şəkildə döndüm. Səbəbi də bu oldu ki, güman edirəm nəsirə daha çox maraq var. Ona görə də hələlik ki, sizinlə öz duyğularımı bir məqalə halında bölüşmək istəyirəm. Hələ uşaq vaxtlarımdan bizim xalqın, […]