ŞƏHİDLƏRİN ANIM GÜNÜ

DÜNYANIN KOR OLDUĞU GÜN – XOCALI SOYQIRIMI!
Bu il Xocalı soyqırımı faciəsinin 29-cu ildönümüdür. Qisas alındı. Günahsız insanların qanı tökülmüşdü, yerdə qalmadı. Tək-tək alındı o intiqam… 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi.
Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.
Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil. Erməni vəhşiliyi, vandalizmi ömür boyu göz qabağında olub. Onların gücü sadəcə dinc əhaliyə çatır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Tökülən hər damla qanın intiqamı alındı. QARABAĞ AZƏRBAYCANDIR!
Anım Günü — Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması. Anım Günü müharibənin başlandığı gün sentyabrın 27-də keçirilir. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncama əsasən qeyd edilir. Vətən müharibəsində Şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür. Əziz ŞƏHİDLƏR, məqamınız Haqqın dərgahında ən uca yerdədir! Ayaqlar altına düşüb tapdalanmış ləyaqətimizi, mənliyimizi, şərəfimizi zirvələrə qaldırıb bizi müzzəfər xalq kimi dünyaya elan etdiniz! Sizləri dünyaya gətirən, Vətənə sevgi hissi aşılayan Ata və Anaların qarşısında baş əyirik! Sizlərin əzizi xatirəsi bu Vətənə can deyən insanlarımızın qəlbində əbədi yaşayacaqdır! Qazilərimizə, Vətən müharibəsi iştirakçılarına, haqq işimiz uğrunda bir olan, birləşən azərbaycanlarımıza can sağlıqlı ömür diləyirik! Torpaqlarımızın azadlığı uğrunda savaşın ilk günlərindən xalqımız öz liderinin – Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər oldu. Allah birliyimizi əbədi etsin! 44 günlük Vətən müharibəsi və ya “Dəmir Yumruq” əməliyyatında Haqq işimizin yanında olan Pakistanı, İsraili, digər ölkələri, Türkiyəmizi və Sayın Rəcəb Tayib Ərdoğanı Allah qorusun! Şəhidlər ölməz, Vətən bölünməz!!!