Şirinxanım Ağabala qızı Kərimbəyli (ədəbi təxəllücü ŞADİMAN)(şair, dramturq, publisist)
2 sentyabr 1955-ci ildə Siyəzən (keçmiş Dəvəçi ( indiki Şabran)) bölgəsinin Tağay kəndində anadan olub. Doğulduğu kənddə səkkizillik məktəbi, sonra Siyəzən şəhər 2 saylı orta məktəbi bitirib. 1973/75-ci illərdə Yenikənd üzümçülük sovxozunda fəhlə işləyib.1975\77-ci illərdə Volodarski adına tikiş fabrikində tikişçi işləyib. 1977-ci ildə ADU-nun (indiki BDU) hazirliq şöbəsində dinləyici , 1978\83-cü illərdə Kitabxanaçılıq(indiki İnformatika) fakültəsinin əyani şöbəsini bitirib. 1992-ci ildə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunun məzunu olub. 1984-cü ildə Dəvəçi rayonunun (indiki Şabran) hal-hazırda Siyəzən rayonun inbizati ərazisi sayılan Gilgilçay qəsəbəsində kitabxana müdiri vəzifəsində çalışıb. 1985\2007-ci illərdə ADNŞ-nin Mədəngeofizika idarəsinin “Neft Daşları” geofizika ekspedisyasında cizgiçi, texnik, mühəndis peşəsində çalışıb. 2007-ci ildən həmin idarədən əmək təqüdünə çıxıb. Əmək fəaliyyəti ilə bərabər bədii yaradıcılığını davam etdirib. Dövrü mətbuatın mətbu orqanları olan “Neft Daşları”, ”Ədalət”, “Çənlibel”, “Azərbaycan müəllimi”, “Bütöv Azərbaycan”, “Kredo” , “Mütərcim” ,”Məhsəti” və sair qəzet-jurnalında çap olunub. “Məcməüş-şüəra” (“Şairlər məclisi”), “Füzuli” ədəbi məclislərinin üzvü olub.Televiziyada və radioda bir çox verlişlərin iştirakçısı olub. AYB-nin üzvüdir. Hal-hazırda ədəbi fəaliyyətlə məşğuldur. “Kredo” qəzetinin və Azpressin əməkdaşıdır.
YARADICILIĞI:
İlk dəfə “Mənə elə gəlir ki…” adlı şeiri 1978-ci ildə Bakı Dövlət Universitetində nəşr olunan qəzetdə çap olunub. 1991-ci ildə “Urək niyə ağrıyırsan?” adlı ilk şeirlər toplusu “Azərnəşir”də işıq üzü görüb. 1992-ci ildə Türkiyədə silsilə şeirləri “Çağdaş Azərbaycan şeiri Antalogiyası” kitabında çap olunub.1999-cu ildə 400 səhifəlik “Çəkənə qəm dünya, çəkməyənə dəm dünya”, 2002-ci ildə 565 səhifəlik “Kiminə acı dünya, kiminin tacı dünya”, 2007-ci ildə 742 səhifəlik “Ağıla bəhər dünya, ürəyə qəhər dünya” adlı iri həcimli kitabları çapdan çıxıb. 2008-ci ildə 292 səhifəlik müəllifin “Seçmələr” toplusu işıq üzü görüb. Bu kitabda yer alan şeirlər və poema şairənin çapdan çıxmış kitablarından araya-ərsəyə gəlmişdir. Və yenə də həmin il Şirin xanım Şadimanın ədəbi publisist ovqatlı “Məni illərdən soruşun” kitabı çapdan çıxıb. Ədəbi-bədii orqan olan “Kredo” qəzetinin baş redaktoru şair-ədəbi tənqidçi-publisist Əli Rza Xələflinin 2009-cu ildə çapdan çıxmış “Adı Şadiman olanın” publisist kitabı Şirin xanım Kərimbəyli Şadimanın həyat və yaradıcılından bəhs edir. Həmən il şairənin “Ürək niyə ağrıyırsan?” və “Çəkənə qəm dünya, çəkməyənə dəm dünya” kitabları “Dünya mənə tanış gəlir” adı altında təkrar nəşr olunub. 2010-cu ildə 54 səhifəlik “Tagayim” poeması çapdan çıxıb. 2010-cu ildə Əli Rza Xələflinin şairənin “Burdan bir atlı keçdi” poemasına həsr etdiyi “Axtala əfsanəsi” və Nəzirməmməd Zöhrablının (Quluyevin) Şirin xanım Kərimbəyli Şadimanın çox şaxəli yaradıcılığından bəhs edən “Üç rəngli bayrağa bürünmüş şairə” publisist kitabları çapdan çıxıb. Hal-hazırda müəllifin erməni snayperinə tuş gəlmiş 9 yaşlı Fariz Bədəlova həsr olunmuş “Balaca şəhid Farizin hekayəsi” poeması əsasında şair-publisist Əli Rza Xələflini yazdığı “ Qırmızı həqiqətlər” kitabı çap olunub. Müəllifin sonuncu kitabı “ Ay adamlar mən burdayam” kitabı 2011-ci ildə çap olunub.Hal-hazırda müəllifin “ Seçmələr” ikinci hissə Adiloğlu nəşriyyatında çapdan çıxmaq üzrədir. Və müəllifin www.shirinxanim-shadiman.net saytı fəaliyyətdədir.
Kitabları
1.”Ürək niyə ağrıyırsan?”,(Şeirlər), Bakı-1991,”Azərnəşr”, 56 səhifə, sayı 3000.
2.“ Çəkənə qəm dünya, çəkməyənə dəm dünya”, (Şeirlər, poemalar, pyeslər), Bakı-2000, AEK “Marfa press” nəşr., 400 səhifə, sayı 1000.
3. “Kiminə acı dünya, kiminin tacı dünya”, (Şeirlər, poemalar, pyeslər), Bakı-2002., “Nurlan”
nəşr., 566 səhifə, sayı 500.
4. “Ağıla bəhər dünya, ürəyə qəhər dünya” (Şeirlər, poema,) Bakı-2007, “Nurlan” nəşr., 742
səhifə, sayı 500.
5. “Seçmələr” (“Könül harayı”), Bakı-2008, “Nurlan” nəşr., 292 səhifə, sayı 1200.
6. “Məni illərdən soruşun” (Publisist düşüncə), Bakı-2008, “MBM”, 95 səhifə, sayı 500.
7. “Dünya mənə tanış gəlir” adı ilə “Ürək niyə ağrıyırsan?” və “ Çəkənə qəm dünya, çəkməyənə
dəm dünya” birlikdə nəşiri, Bakı-2009, “Nurlan nəşr., 522 səhifə., sayı 1000.
8.”Tağayım”, poema, Bakı-2010, “Adiloğlu” nəşr., səhifə 56, sayı 500.
9.”Ay adamlar, mən burdayam” , Bakı-2012, “Adiloğlu”nəşr.,səhifə 456, sayı 500.
Müəllif və əsərləri haqqında çap olunmuş kitablar:
1. “Adı Şadiman olanın”, Əli Rza Xələfli, Bakı-2009, “Təknur nəşr., səhifə 256, sayı 1000.
2. “Axtala əfsanəsi”, Əli Rza Xələfli, Bakı-2010, “Adiloğlu” nəşr., səhifə 144, sayı 500.
3. “Üç rəngli bayrağa bürünmüş şairə”, Nəzirməmməd Zöhrablı, Bakı-2010, “Adiloğlu” nəşr., 148 səhifə, sayı 500.
4. “Qırmızı həqiqətlər” ,Əli Rza Xələfli, Bakı-2011, Adiloğlu” nəşr, səhifə 130, sayı 500.
ƏLİ RZA XƏLƏFLİNİN “ADI ŞADİMAN OLAN KİTABINDAN” BİR HİSSƏ:
“ Şairin, daha doğrusu sənətkarın, bədii obrazlarla düşünən müəllifin yaradıcılığı üçün birinci növbədə onun mənəvi aləmini
təmin edən hava lazımdır. Bu hava nədir? Bu hava zənnimizcə, birinci növbədə mühitdir. Ən müxtəlif tərəflərdən gətirdiyi sevinclərlə,bəxş etdiyi kədərlərlə, fərəh anları və əzablarıyla şairin mənəvi dünyasında təlatümlər yaratmasıdır. Əgər mühit şairin mənəvi aləmində bu təlatümləri yaratmırsa, əksinə, bir süstlük gətirirsə, bir sözlə mühit şair üçün laqeyddirsə, şairin də yaradıcılıq aləmində ətrafa bir biganəlik yaranacaqdır. Bu, elə bir psixoloji prosesdir ki, insanı mənəvi ölümə sürükləyir.
İnsanın mənəvi ölümə sürüklənməsi əlbəttə, böyük faciədir. Bu insan şairdirsə, sənətkardırsa, bu, cəmiyyət üçün daha ağır faciədir, ikiqat faciədir.
Süstlüyün sənətkarı mənəvi ölümə sürükləməsi, həm də cəmüyyətin özünün bəlasıdır. Cəmiyyət özü yaratdığı bəlanın ağrısını özü çəkməli olur. Belə hallar ən müxtəlif səbəblərdən, o cümlədən cəmiyyətdəki siyasi proseslərdən də aslıdır. Bir sözlə havasızlıq şair üçün böyük bəladır. Amma daha güclü, daha iradəli sənətkarlar var ki, bəzən bütöv axına qarşı dura bilir. Hətta öz faciələri ilə cəmiyyəti qıcıqlandırır, cəmiyyətin diqqətini özünə çəkir, cəmiyyətə anlada bilir ki, mənəvi mühitdəki havasızlıq onun özünü köklü bir ağac kimi quruda bilər.
Ona görə də şair həm də cəmiyyətin mənəvi mühiti üçün hava təminatçısıdır. Nə qədər özü bu havadan asılı olsa da…
Şirin xanım Kərimbəyli Şadiman da mənəvi mühütdəki havasızlıqdan əzab çəkən, kifayət qədər zəngin yaradıcılıq yolu keçmiş və bu gün də istər bədii, istər ədəbi-publisistik qeydlərində kifayət qədər döyüşkən ruhunu qoruyub-saxlamış istedadlı müəllifdir. Söz bu gün də onun üçün mübarizə meydanıdır. Şirin xanım Şadiman yaradıcılıgında bir əsas xətt var. Bu xəttin bir neçə kəlmə ilə ifadəsi bundan ibarətdir: Cəmiyyətin gələcəyi saf ürəklərdən süzülən sözdən keçir.”
Əli Rza XƏLƏFLİ “Adı Şadiman olanın…” kitabından (2009)
Need some help jerking of? http://prephe.ro/Bdsn
Howdy! Do you know if they make any plugins to help
with Search Engine Optimization? I’m trying to get my blog to rank for some targeted
keywords but I’m not seeing very good success. If you know of any please share.
Thanks! I saw similar text here: Warm blankets
Finding the proper match is vital.
sugar defender
I have actually had problem with blood sugar level fluctuations for years, and it truly impacted
my power levels throughout the day. Because starting Sugar Defender, I feel much more well balanced and sharp,
and I don’t experience those afternoon slumps anymore! I love that it’s an all-natural service
that works with no severe side effects. It’s really been a game-changer for me