Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Kainat qoruyur suyu, torpağı, Onun canımızdan gəlir sorağı. Şərin dolaşdığı bu yer üzündə, Hər yerdə görünür şeytan barmağı! 06.01.2022