Вы просматриваете: Главная >Архив для Yanvar, 2022

PEŞİMAN

Acılar könlümdə qübara dönüb, Bir anlıq sevincim nübara dönüb, Bəxtim, səadətim dübarə dönüb, Görmədim çoxunda əqidə, iman, Doğulan peşiman, ölən peşiman. Dünyanın acısı-şirini zəhər, Boğur həyatımı büsbütün qəhər, Zaman da dördnala çapan bir kəhər… Alır əlimizdən anları yaman, Doğulan peşiman, ölən peşiman. Göyün yeddi qatı sirli bir kaha, Milyonlar öldürür naləyə, aha, Gah toydu, gah […]

BÖYÜK ƏMƏLLƏRİN YAŞAR ELLƏRDƏ

Məşhur xeyriyyəçi Bakı milyonçusu Zeynalabdin Tağıyevin ruhuna   Böyük əməllərin yaşar ellərdə, Adın nəsil-nəsil gəzər dillərdə, Sən xalqın, millətin dayağı oldun, Bu ana Vətənin mayağı oldun. Yurduna sərf etdin varı, sərvəti, Künclərə dürtmədin pulu, dövləti. Atalıq eylədin imkansızlara, Fəqir-füqəraya çox kamsızlara. Çəkdin şollar suyun Bakıya bir vaxt, Su deyən dilləri eylədin xoşbaxt. O qız gimnazyanın […]

ŞƏHİDLƏR XİYABANI

Əsarətinə üsyan dünyanın qəm adası, Nakam olmuş canların şəhid ruhlar odası, Zəncirləri qırılmış Vətənin qan-qadası, Şəhidlər Xiyabanı! Gözü yaşlı analar saçın yolur ah ilə, Məmləkət üsyan edir qul olmuş sabah ilə, Allah necə barışır bu suç, bu günah ilə?… Şəhidlər Xiyabanı! Xonçası qara geymiş igidin yas ocağı, Cocuğu gözü yaşlı gəlinlərin qucağı, Əli qanlı cəlladın […]

DÖRDLÜK

Kainat qoruyur suyu, torpağı, Onun canımızdan gəlir sorağı. Şərin dolaşdığı bu yer üzündə, Hər yerdə görünür şeytan barmağı! 06.01.2022