Вы просматриваете: Главная >Архив для Noyabr, 2021

DÖRDLÜK

Dünyada ədalət gözləmə ürək, Bilirsən ki, bəndə deyildir mələk. Dost deyib kürəyə saplar bıçağı, Qurar yolun üstə min cürə kələk! 22.11.2021

SALAM RUHUNA

 Qusar rayonun Balaqusar kəndindən Birinci Qarabaq müharibəsi  Şəhidi Sərvər Abdulkərimova ithaf     Min doqquz yüz doxsan bəlayla gəldi, Yağılar Vətənin bağrını dəldi, Qarabağ ağrısı canda yüksəldi, Kürəyə bıçağı saplayan əldi, Sığındın el oğlu tək Allahına, Salam, şəhid Sərvər, salam ruhuna!   Qaldı işğal altda yurdlar, yuvalar, Qopdu dodaqlardan Haqqa dualar, Tutuldu buludlar, doldu havalar, […]

ZƏFƏR SƏNƏ ÇOX YARAŞIR

  Bürünübdü bayrağına yurd-yuva, Dodaqların gülüşləri dərd qova, Səmalara sancılıbdı haqq dua, Sevincimiz aşıb-daşır, ey Vətən, Zəfər sənə çox yaraşır, ey Vətən!   Qarabağdan gözəl Şuşa boylanır, İgidləri yurd başına haylanır, Kinli düşmən dərdə düşüb vaylanır, Bir-biriylə cırmaqlaşır, ey Vətən, Zəfər sənə çox yaraşır, ey Vətən!   Səmaların atəşfəşan selində, Buludları alıb qaçır belində, Bəxtiyarlıq […]