Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Yenə sms kəsir nəfəs, Edir bizə evi qəfəs. Nə vaxt bitər bu işgəncə, Yaşamağa qoymur həvəs… 16.12.2020