YANDIQ SU VERİN BİZƏ (Bakıda yanan binada həlak olanların ruhuna!) Bu səhər gözümüzü tüstüyə açdıq, Bir udum hava üçün Allaha əl açdıq, Yandıq, su verin bizə, Acı tüstü köz basır dilimizə. Naləmizdən bütün yatmışlar oyandı, Bir arzumuz var idi – bu cəhənnəmdən çıxmaq, Bu arzumuz əbədi yandı, Dilimizdən fəryadlar qopdu, Alovlar diləklərimizi də qəlbimizdə axtarıb […]
SEVDAM VAR HƏLƏ Deməyin solmuşam bağçada gültək, Gülzarda ötmürəm xarıbülbültək, Deməyin yel məni əyər sünbültək, Dolanar sorağım hey eldən-elə, Mənim bu dünyayla sevdam var hələ. Gözlərim dolanda yaş inciməsin, Ağlın çəkisinə baş inciməsin, Ömür tələsəndə yaş inciməsin, Axmasın əlimdən anlarım elə, Mənim bu dünyayla sevdam var hələ. Bitib tükənməyir ürəkdə sözüm, Qəlbi […]
Baxa bilmərəm Mən ürəyimdə tufan dunyanın haqq səsiyəm, Bütün Yer kürəsinin yanıqlı naləsiyəm, Taleyimin əlində həyat piyaləsiyəm, Düşüb bir gün torpağa parça-parça olacam, Cahanın bağırında fəryad təki qalacam. Yenə də duyğularım köpürür sellər təki, Könlüm elə ağlayır yanıqlı dillər təki, Sinə içində atəş bozarıb küllər təki, Ayrıla bilmirəm heç bu sevda yuxusundan, daha sevə bilmirəm […]