İYİRMİ SƏKKİZ MAYISAN Ürəyində dərdləri qubarlanan, bayramım, Şanlı istiqlal eşqi qamarlanan, bayramım, İzi-tozu silinib hamarlanan, bayramım, Bir millətin Tanrıya ucalan ah-vayısan, Əski Azərbaycanın İyirmi səkkiz mayısan. O böyük məmləkətin qazanılan yoluydun, Əsir, kölə millətin açılmış əl-qoluydun, Sildilər yaddaşlardan… tarixəsə uluydun, Dədəm Oğuz bəyinin, sən Bozqurd harayısan, Əski Azərbaycanın İyirmi səkkiz mayısan. Yetmiş il dilimizdən aldılar […]
NƏR GÜN GƏLİB KEÇİRSƏN Hər gün gəlib keçirsən bu küçədən sükutla, Sükutun bu yollara ağ-qara cığır salıb. Sən daha isnişirsən, yollaşırsan həyatla, Yəqin ki, başın üstün qorxunc qayğılar alıb. O nimdaş pal-paltarın xeyirdən xəbər vermir, Üzünün sarıltısı gözə xəzan ələyir. Sənin arzu-diləyin donub daha, yerimir, İçində diləklərin quzu təki mələyir. Milyonların üstündə oturanlar kefdədir, Sənsə […]
VƏTƏN DEDİM Vətən dedim, ürəyimə dağlar çəkildi, Vətən dedim, gözüm qaldı, Araz, o tayda. Gözlərimdən leysan təki yaşlar töküldü, Vətən dedim, dözüm qaldı, Araz, o tayda! Bu nə həsrət, bu nə hicran, bu nə ayrılıq? Yandı könül gilə-gilə əzab içində. Yağıların üzdə oldu bizə xoşqılıq, Parçaladı yurd-yuvanı qəzəb içində. Qərib-qərib Dərbəndimə baxıb ağlaram, Borçalıdan qopan […]