Вы просматриваете: Главная > Şeirlər > HƏR GÜN GƏLİB KEÇİRSƏN

HƏR GÜN GƏLİB KEÇİRSƏN

NƏR GÜN GƏLİB KEÇİRSƏN

Hər gün gəlib keçirsən bu küçədən sükutla,
Sükutun bu yollara ağ-qara cığır salıb.
Sən daha isnişirsən, yollaşırsan həyatla,
Yəqin ki, başın üstün qorxunc qayğılar alıb.

O nimdaş pal-paltarın xeyirdən xəbər vermir,
Üzünün sarıltısı gözə xəzan ələyir.
Sənin arzu-diləyin donub daha, yerimir,
İçində diləklərin quzu təki mələyir.

Milyonların üstündə oturanlar kefdədir,
Sənsə qəpik-quruşu arayırsan cibində.
Sənin diləklərini yatıranlar kefdədir,
Sənsə çapalayırsan bu həyatın dibində!

Uşaqların gözünün dikib yəqin yoluna,
Deyirlər, açacaqdır indi atam qapını.
Sənsə çoxdan dönmüsən ümidsizlik quluna,
Bütün qonum-qonşular çəkir iztirabını.

Həyat çarpışmaları sevən div oğlu divdi,
Acizləri itirib batırır öz selində.
O daima güclünü basıb bağrına sevdi,
Xeyirlə şər çarpışır həm sağ, həm sol əlində.

Bunu duyan özünü, sanki ucada görür,
Heç zaman əyilməyir heç bir kəsin önündə.
Hər bir doğulan insan bir dəfə ömür sürür,
Günü özünə bənzər, həyatı öz günündə!
06.05.2014
Şirin xanım Kərimbəyli Şadiman