Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Kimə can dedimsə canımı yaxdı, Könlümə dərd dolu ağrı buraxdı. Çəkilən ağrılar döndü qan-yaşa, Dəli sellər təki gözlərdən axdı… 17.07.2021