Вы просматриваете: Главная > Şeirlər > BU GECƏ DOLU AY ÇIXMIŞDI

BU GECƏ DOLU AY ÇIXMIŞDI

BU GECƏ DOLU AY ÇIXMIŞDI

Bu gecə dolu Ay çıxmışdı,
Hər tərəf nura boyanmışdı,
Hamı yatmışdı, amma mənim könlümdə
bütün duyğular oyanmışdı.
Sənin surətin Aydan boylanırdı.
Bütün dünya başıma haylanırdı…
Üzümə gülmüsəyirdin,
Ürəyimin vüsal nöqtəsinə dəyirdin.
Gözlərindən məhəbbət yağırdı,
Ay içindən Ay doğurdu…
Nə isə pıçıldayırdın,
Üzümə dəyən nəfəsinlə ürəyimi oyurdun.
Küləklər qoymurdu səsin çatsın mənə.
Öz eşqimi pıçıldayım sənə.
Bilirsən, əzizim, sevirəm demək istəyirdim,
Baxışların önündə aciz idim.
Amma sevirəmi dilimlə yox, ürəyimlə deyirdim,
Səni sevdiyimi hayqırmaq istəyirdim,
Eşqinə xəyalımda saray qurmaq istəyirdim.
Əzizim, inan dilimdən qopan sözlərimə,
Doyunca bax yaşla dolan gözlərimə,
Səni Ay içindən qoparmaq istəyirdim,
Öz könlümə aparmaq istəyirdim…
Yuxudan oyandım sən yoxsan,
Nə olur, sevgilim, bu gecə də
məni öz könlünə buraxsan,
Ay içindən mənə baxsan…
Bu gecə də yuxuma gəlsən
Əhvalımı bilsən
hər şeyi deyəcəm sənə,
İnan mənə…
İnan mənə…

07.04.2015
Şirin Xanım Kərimbəyli Şadiman

Bir cavab yazın