Вы просматриваете: Главная > Məqalələr > XRİSTİAN OCAĞI

XRİSTİAN OCAĞI

XRİSTİAN OCAĞI

Səmavi dinlər dünyaya gələndən, cahanda kütləvi insan qırğınlarının sayı artdı. Müsəlmanlara qarşı törədilən Xaç yürüşlərində qan su yerinə axdı. Dünya dinlərdən nə qazandı, ölüm, qan, qırğın, dini düşmənçilik. Elm inkişaf etdi, insan ağlının əxz etdiyi kəşflər dünyanı heyran qoydu. Qərb dini dövlətçilikdən məhrum edib kilsəyə yerləşdirdi, amma içində öz dinində olmayanlara kin bəslədi, bu kin, bu ayrı-seçkilik bu gün də davam edir. Öz dinindən olmayanlara yuxardan aşağı baxan, dodaq büzən aşağı irq hesab edən Qərb bilmirəm hansı demokratiyadan, insan azadlığından, demokratik dəyərlərdən bəhs edir?
Roma Papasının, Avropa Birliyinin Türkiyə qarşı utanverici qərarı yuxarda qeyd etdiklərimə bariz nümunədir. Birinci Dünya Savaşında demək olar ki, qərb ölkləri Osmanlını çökdürmək üçün savaşa atıldılar, bu zaman Osmanlı dövlətinin vətəndaşları sayılan ermənilər Rusiyanın dəstəyi ilə silahlanaraq, qoynunda yaşadıqları vətənlərinə xain çıxdılar. Osmanlı dövlətinə arxadan xaincəsinə zərbə vurdular, minlərlə türk kəndləri yandırıldı, kütləvi şəkildə qoca, körpə, uşaq, qadın qətilə yetrildi, quyulara dolduruldu, sonra onlar bu qırğınları Güney Azərbaycanında, Qüzey Azərbaycanında davam etdirdilər. O zaman Osmanlı ön cəbhədə ölüm-dirim savaşında idi, ermənilər isə xaincəsinə yüz illərlə suyunu dadıb, çörəyinə ortaq olmuş Türk millətinin kürəyinə bıçaq sapladı. Bəs görəsən Osmanlı dövləti nə etməli idi? Ermənilərin başınımı tumarlamalı idi törətdikləri qətlamlara görə? Arxada viran qoyduqları kəndlərə görə…1915-ci il olaylarını istər Avropa Birliyi, istərsə də Roma Papası bizlərdən də yaxşı bilir. Məgər Avropa Birliyi bilmirmi, ermənilər yaxın keçmişimizdə Qarabağda hansı dəhşətləri törədiblər? Viran etdikləri Qarabağda məhv olmuş Xocalının fəryadına göz yuman Qərb bu gün bizə hansı demokratik dəyərləri diktə edir? İşğal altında olan Qarabağ torpağından didərgin düşmüş insanların fəryadına Avropa niyə susur? Çünki biz müsəlmanıq, bizim günahımız müsəlman olmağımızdadır, xristian qan da tökə bilər, torpaqları da işğal edə bilər, milyonlarla insanın haqqını tapdalaya bilər, ona heç bir söz deyilə bilməz, çünki xristiandır! Mən şəxsən öz adımdan deyirəm ki, bu gün Qərbin etdikləri adamı bu qənaətə gəlməyə vadar edir. Görəsən dini ibadət ocaqlarında İsa Həzrətlərinə iman gətirən, onun şərəfinə misilsiz ayinlər icra edən xristianlar heç düşünürlərmi, onların bu haqsız əməlləri Allah saydıqları, sayğı duyduqları müqəddəs varlığa necə təsir edir, onlar öz çirkin əməlləri ilə Həzrəti İsanı yenidən çarmıxa çəkmirlərmi? Onun ruhunu incitmirlərmi? Heç bir dəfə olsa da bu barədə düşünüblərmi? Axı bizim bir insan olaraq dərk etdiyimizə görə Allah öz bəndələrinə eyni gözlə baxır, istəyirsən hansı dində olursan ol, deyilənlərə inansaq o dünyada insanın yaxşı-pis əməlləri sorğu-sual olunacaq.
Bir neçə gündə baş verən olaylardan belə nəticəyə gəlmək olar ki, Qərb üçün xristian dünyası və onun insanları var.
21-ci əsr texnika, mədəniyyət, inkişaf, super güclərin uğurları əsrdir. Güman edirdik ki, daha dünyada qan dondurucu dəhşətli müharibələr olmaz, insanlar mədəniləşmiş, axı insan insanı niyə öldürsün? Dünya belədir ki, hamımıza torpaq da, su da, yemək də çatar. Təəssüflər olsun ki, bu belə deyil, günahsız insanların qanını tökməkdən həzz alan cəlladlar hələ də dünyada hökmranlıq edir. Əgər keçən əsrin birinci yarısında Avropada yəhudilərə, türklərə qarşı kütləvi soyqrım törədilmişdisə, keçən əsrin sonunda yenidən Xocalıda bütünlükdə Qarabağda türklərə, müsəlmanlara qarşı soyqrım törədildi. Balkanlarada müsəlmanların başına gətirilən müsibətlər, soyqrımlar, bu gün də o soyqrımları davam edir, İraqda, Yəməndə, Misirdə, Suriyada, Əfqanstanda, Liviyada, Azərbaycanda!
Bu gün Türkiyə Suriyada törədilən dəhşətlərdən baş götürüb qaçan yüz minlərlə qaçqına qucaq açıb, onların suyunu, çörəyini verir, tədrisin həyata keçirir. Belə bir xeyirxah misya ilə məşğul olan bir dövləti soyqırımı ilə suçlamaq, ən azı Allahsızlıqdı, din adı altında Allahın özünü ələ salmaqdı!
Bu gün demokratiya adı altında cəmiyyətlərə, insanlığa, kişiliyə zidd olan xəstə təfəkkürlü fərdlərin əməllərinə haqq qazandırmaq, onların haqlarını müdafiə etmək Qərbdə adət halını alıb, belə olmasaydı kişini kişi ilə, qadını qadın ilə evləndirib, hələ onlara uşaq da icad etmək savab sayılmazdı. Hələ əsgilərdən belə utanverici əməllər, cəmiyyətə təlqin olunmazdı, əksinə belələri qınanılardı, xəstə insanlar kimi dəyər verilərdi. Belələrinin həyatını önə çıxarıb, insanların beyini zəhərləmək insan haqları sayılırmış, amma bu gün İraqda, Suriyada,Yəməndə, Azərbaycanın işğal altında olan ərazilərində baş verənlər insan haqları sayılmırmış. Bütün bunların bir səbəbi var, çünki bu ölkələrdə yaşayan insanların çoxusu xristian inanclı yox, müsəlman inanclıdır, deməli bizim günahımız müsəlman olmağımızdadır.
Biz vəhşi xalq deyilik, biz baxmayaraq ki, erməni ilə müharibə aparmaq məcburiyyətindəyik, 30-40 min erməninin ad-soyadını dəyişdirib öz qoynumuzda bəsləyirik, onlar bizim aramızdadı, biz onları tanıyırıq, amma susuruq, çünki bizim xislətimizdə vəhşilik yoxdu. Hələ mən Azərbaycanda kütləvi şəkildə türklərə soyqırımı edən ermənilərin utanmadan Türkiyəyə axın etməsini demirəm. Ey insan haqları deyib bütün günü hay-haray salan Avropa, məgər sən bunları bilmirsənmi? Bilirsən, amma susursan. Belə olan halda sən İsa Həzrətlərinə də xain çıxırsan, çünki heç bir dində haqqı, ədaləti tapdalamaq yoxdu, sadəcə dini kitablardan siyasətdə silah kimi istifadə edən bəndələr nə öz vicdanları, nə də Allah qarşısında cavab verə bilməyəcəklər.
Bir neçə kəlmə də Qərbə aşiq olub, öz keçmişinə, bugününə, dövlətçiliyinə, vətəninə arxa çevirən xarici ölkələrdən ciblərinə dollar axan həmvətənlərimə deyəcəyim var. Əzizlərim, candaşlarım, soydaşlarım, qanqardaşlarım, bura VƏTƏNDİR, başı bəlalı, min bir yerə parçalanmış VƏTƏN! Bizim Qarabağ boyda sinə dağımız var, bizim Xocalı yaramız var, VƏTƏN adı gələndə biz bütün umu-küsüləri, inciklikləri unutmalıyıq, Azərbaycanımızın sabahı naminə! Allah Türk millətini qorusun, ona arxa olan bütün dindaşlarını qorsun. Dünya bizi eşitməkçin biz güclü olmalıyıq, bir olmalıyıq, nicat yolumuz birliyimizdədir, əks təqdirdə bizi təkləyib dənləyəcəklər…Deyəcəklərim bu qədər, sağ olun, salamat qalın…

16.04.2015
Şirin Xanım Kərimbəyli Şadiman

Bir cavab yazın