PUBLİSİST DÜŞÜNCƏLƏR
ALBAN ABİDƏLƏRİ KEÇMİŞİMİZİN YADİGARI
VƏ YAXUD ÖLÜ TARİXİMİZİN BƏLALARI
7-ci əsrdə torpaqlarımız ərəb işğalına məruz qalandan sonra islam dini ərazimizdə geniş şəkildə yayılmağa başlamışdı. Azərbaycanın şimalınında, xüsusən dağlıq ərazidə xristian Albaniyası mövcud olmuşdu. Bu günə qədər xalqımızın yaddaşında kök salmış Cavanşir adı da elə alban hökümdarlarından birinin adı idi. Daimi yaşadıqları yerləri bilinməyən ermənilər hind-avropa dil qrupuna mənsub, bir ərazidən digər əraziyə keçməklə köçəri həyat sürmüş xalqdır. Hətta onların öz alimlərinin yazdıqlarından da bəlli olur ki, bu xalqın qədimdən nə dəqiq yeri, nə də məkanı olub. Onlar qaraçıların həyatına bənzər bir ömür yaşamışlar və indi də yaşamaqdadırlar. Günü bu gün də ermənilər Rusiyanın himayədarlığı və işğalı nəticəsində zəbt etdikləri azəri torpaqlarında da özlərini doğma hiss etmirlər, çünki onların tarixdən nə dövlətçilik, nə də torpağa bağlılıq sevgiləri olub. Tarixdə Erməniyyə adı ilə tanımış dövlətdə ermənilər yaşamayıb. Çünki onlar heç zaman oturaq həyat sürməyiblər, bir yerdən başqa yerə azuqə, pul-para ardınca köç etməklə dünyanın haqqı bilər tarixçilərinə bəlli bir ömür yaşamışlar. Bü gün bizim əzəli torpaqlarımız üstündə qurulmuş indiki Ermənistan bir dövlət kimi süqut etsə, bu xalq uf demədən dünyanının hər yerinə köç edib gedəcək. Onlar nə vətən, nə də torpaq hissi yandırmayacaq. Çünki bu hiss onlar da heç bir zaman olmayıb. Dünyanın elə bir ölkəsin tapmazsan ki, orda ermənilər yaşamasın eyni ilə qaraçılarda olduğu kimi.
İslam dini ölkəmizdə yayıldıqdan sonra xalqın əksər hissəsi müsəlmançılığı qəbul etdi. Tarixi alban abidələri və məzarlıqları yavaş-yavaş islama inancın bağlamış xalqın mənəviyyatına yadlaşdı. Amma xristian albanlarla qan qohumluğu və islamı inancla bağlı səmavi dinlərin toxunulmazlığına görə müsəlman insanlarımız nə bu məbədlərə, nə də məzarlıqlara xain gözlə baxmadılar. Xristianlıqda qalan alban əsilli insanlar isə məbədlərdə ibadətlərini davam etdirdilər. Ermənilər bu yerlərə ayaq basana qədər… Biyabırçı və fəlakət gətirmiş məlum 1813-cü il «Gülüstan» və 1828-ci il «Türkmənçay» İran-Rusiya sülh müqavilələrindən sonra ruslar bu ikiüzlü ermənilərdən işğal etdikləri Azərbaycan torpaqlarında qala kimi istifadə etdilər. Tarixi mənbələrdə göstərilir ki, 200 nəfər erməni ailəsini ruslar İrandan gətirib bu ərazilərdə yerləşdirdilər. Ruslar tərəfindən bu ərazilərə köçrülmüş ermənilər azlıqda qalmış xristian alban-azərbaycanlıların kilsələrindən istifadə etməyə başladılar. Yəni xristian albanlarla bir yerdə ibadət etdilər. Xristian alban əhali ilə sözləri düz gəlməyəndə isə bu əhali ilə aralarında toqquşmalar olurdu. Köhnədən vərdiş etdikləri terror üsülü ilə onları öz yolundan götürürdülər. Sonradan isə bu məbədləri də, xristian əhalinin özünü də və bu əhaliyə məxsus məzarlıqları da yavaş-yavaş özünküləşdirdilər. Yəni bir xalq məsəlində deyildiyi kimi «yersiz gəldi, yerli qaç» prinsipini məqsədli şəkildə həyata keçirməyə başladılar. Bəlkə bu xalq məsəli də vəhşi ermənilər bu torpağa ayaq basandan sonra yaranıb…
Ürəyinin qapısını qonağa açıq qoyan xalqımız bu fitnəkar düşmənin iç üzünü heç zaman dərindən duya bilməmişdir. Təxminən 1964-65 –ci illər idi. Mən doğulduğum Tağay kəndində səkkizillik məktəbdə oxuyurdum. Dəvəçi-Siyəzən ərazisində ümumiyyətlə ermənilər yaşamayıblar. Bakı bizim bölgəyə yaxın olduğu üçün tez-tez paytaxtdan kəndimizə «volqa» maşınla ermənilər gələrdi. Deyirdilər ki, onlar qəbirsanlıq ərazisində duza qoymaq üçün bir yeməli bitki var onu dərirlər. Kənddən bir az kənarda dənizə sarı bizim qəbirsanlığımız yerləşirdi. Bu qəbirsanlıq təzə qəbirsanlıq adlanrıdı. Köhnə qəbirsanlıq da təzə qəbirsanlıqa yaxın idi. Köhnə qəbirsanlığın məzarlarının baş daşları dağılıb 1918-ci il erməni-rus basqınları zamanı tamamilə məhv olmuşdu, təkcə 2-3 məzar daşından başqa. Bu məzar daşlarının üstündə bizim başa düşmədiyimiz dildə hərflər və xaç işarəsi var idi. Görünür islam dininin bu ərazidə yayılmasından sonra əski xaç məzarlıqdan ayrı təzə müsəlman qəbirsanlıq salınmışdı. Biz həmişə dəniz yolu ilə yay aylarında Xəzərə gedəndə bu məzarlar da sanki bizə miskin-miskin baxardılar. Sonralar kəndə duza qoymaq üçün tərə yığmağa gələn ermənilər bu xaç daşları da özləri ilə tədqiq etmək bahanəsi ilə harasa apardılar… O yer isə hələ də köhnə qəbirsanlıq adıyla durur. Günü bugün də o yer öz məzhun görnüşü ilə adamı qüssələndirir. O zamanlar Sovetlər İttifaqının kəsəkəs vaxtları idi. Biz o vaxtın uşaqları isə rus tarixini öz tariximizdən yaxşı bilirdik. Çünki doğma vətənimizin tarixi biz məktəblilərə dırnaqarası keçilirdi.
Uzun illər bundan öncə olmuş bir hadisəni də dəyərli oxucuların diqqətinə yetirmək istəyirəm. Çünki bu hadisənin özüm də iştirakçısı olmuşdum. 1975-ci il idi. Mən Bakıda tikiş fabrikində universitetə qəbul olmamışdan qabaq tikişçi işləyirdim. Başdan-başa qadın qüvvəsi ilə köklənmiş fabrikdə müxtəlif millətlərin qadınları işləyirdi, o cümlədən ermənilər də, 4-cü sexdə tikiş maşınları sıra ilə düzülmüşdü. Birinci sırada iki qadın tikiş maşınlarını idarə edirdi. Heç vəchlə bir-biri ilə yola getmirdilər. Bu qadınların biri Gülçöhrə qarabağın xristian azərbaycanlısı( bunu sonradan özü elan edəndən sonra bildim), digəri isə əsli erməni Raya idi. Demək olar ki, iş zamanı daimi dava-dalaş edərdilər. Bir gün də aralarında dəhşətli dava qopdu. Mən bu dava-dalaşa dözməyib onlara yaxınlaşdım, xasiyyətcə mehriban olan Gülçöhrəyə sual verdim niyə siz bir-birinizlə yola getmirsiz? Deyirlər ermənilər bir-biriylə can deyib can eşidirlər, bəs aranızda bu nə ixtilafdır?! Həddindən artıq əsəbləşib gözləri hələqəsindən çıxmış Gülçöhrə ağlaya-ağlaya dedi: «Mən erməni deyiləm, mənim yeddi arxadan dönənim Qarabağda doğulub, mən qarabağlı xristian azərbaycanlıyam, ermənilər bizim kilsələrimizi, əlifbamızı, tariximizi, musiqimizi, torpağımızı, bütünlükdə varlığımızı oğurlayıb. Onlar bizi heç zaman xoşlamırlar. Hətta qızlarımızı da ərə getmək adı ilə alıb Ermənistana aparırlar və beş-altı aydan sonra qaytarıb başımıza vururlar ki, bəs siz türklərin artığısız. Sizdən bizə yar olmaz. Biz alban əsilli xristian azərbaycanlıyıq. Neçə yüz ildi erməni işağılının və böhtanın basqıları altında inləyirik. Allah yer üzündən ya erməniləri, ya da bizi yox eləsin…Bizimlə sizin qanımız, kökümüz birdir. Aramıza qan düşmənçiliyini salan da bu məkirli ermənilərdir. İndi biz tək qalmışıq, nə bizi murdar ermənilər, nə də canı-qanı bir azərbaycanlılar sevir. Bu murdar, qaraçı ermənilərin ucbatından…» Açığını deyim ki, mən alban əsilli xristian Gülçöhrənin dilindən bu sözləri eşidəndə alban tariximiz barədə heç bir məlumatım yox idi. Maraq məni götürdü, tez gözlərimin qabağına kəndimizin kənarında olan xristian köhnə qəbirsanlıq və Dəvəçinin ucqar dağ kəndi Zeyvə ilə üzbəüz yerləşmiş Kilvar kəndi gəldi. Bizim kəndin də köhnə qəbirsanlığından baş daşıları ermənilər tədqiqat adı ilə aparmışdılar və ərazimizdə yeganə xristian kəndi olan Kilvar əhalisinə camaat erməni desə də kilvarlılar özlərini heç zaman erməni adlandırmırdılar. Onlar öz aralarında bir-birinə udin deyirdilər. Baxmayaraq ki, xristian idilər adları da bizim adlara bənzəyirdi. Hətta o kənddən Səriyyə adında bir rəfiqəm var idi. O söyləyirdi ki, ermənilər Bakıdan onların kəndinə tez-tez qonaq gəlirdi. Kilsələrində olan tarixi sənədləri də özləri ilə bahəm götürüb aparmışdılar. 1988-ci il hadisələri başlayan zaman həmin Kilvar kəndinin camaatı da Rusiyaya köç etdilər.
Adətən bizim xalqda nədənsə öz tarixinə, öz tarixi abidələrinə bir biganəlik var. Özü də bu biganəlik ziyalılarımızdan tutmuş ən adi insanımıza qədər özünü büruzə verir. Bizim əsasən dövlətimiz evimizin içi, oradakı insanların sayı, imkan olduqca yığdığımız var, sərvət, dəbdəbəli ev əşyaları, bərbəzəkli zinət, yemək-içməkdir. Hərdən mənə elə gəlir ki, biz yaşamaqçın yemirik, yeməkçin yaşayırıq. Bu günbəgün tele kanalallarda baş alıb gedən yemək-içmək şoularında da özünü büruzə verməkdədir. Heç biz torpaqlarının iyirmi faizi işğal altında olan ölkənin vətəndaşlarına oxşamırıq. Eh, deyəsən bizə heç torpaq da lazım deyil. Xalq şairlərimizdən biri şeirlərinin birində yazmışdır ki, hara sənin üçün yaxşıdırsa ora vətəndir. Görürsüz də biz şairlər necə beynəlmiləl fikirli insanlarıq. Bura olmasın, ora olsun. Təki qarnımız tox, cibimiz dolu olsun. Ordan qovarlar bura gedərik, burdan qovarlar ora gedərik.
Hələ uşaq vaxtlarımdan uca dağlar başından kəndimizə boylanan Çıraqqala uçulub dağılmağa doğru getməkdir. Amma bu tarixi qalanın düz qulağının dibində dəbdəbəli bina tikilib. Bir az o yanda isə müalicəxana faliyyət göstərir. Burda kef məclisləri qurulur, əmliklər kəsilir, uzaq tariximizin yadigarı olan Çıraqqala isə məhzun, məlul daş-daş ələnə-ələnə bizim biganəliyimizin önündə hönkür-hönkür göz yaşı tökür. Tarix araxasında göru çatlamış şahlarına agı deyə-deyə… Bu gün işğal altındakıları demirəm, onların taleyi hamımıza bəllidir, işğal altında olmayan neçə-neçə qala və məbədlərimiz bu ağrılı taleyi yaşamağa məhkumdur. Biz isə özümüzə saysız-hesabsız imarətlər yapırıq, köhnə qalalara oxşar yeni daşlarla qalalar tikirik, amma keçmişimizin əbədi sükutuna qapılmış tarixi abidələrimiz bizim biganəliyimizlə barışıb öz acı taleyini yaşamağa məhkum olub. Bu məhkumluğun acısını isə biz özümüz həm dünən, həm bu gün, həm də sabah çəkəcəyik.
Universitetdə oxuyarkən kirayədə qalan tələbə qızların olduğu evə qonaq getmişdim. Evin sahibələri iki yəhudi əsilli yaşları səksəni haxlamış bacılar idi. Bu bacılar Bakının qədim binalarının birində ikinci qatda yaşayırdılar. Yeddi, səkkiz otaqdan ibarət bu mənzildə döşəmədən tavana qədər qalaq-qalaq kitablar yığılmışdı. Kitabların çoxu da tarixlə bağlı idi. Və bu kitabxanada bizim alban tariximizlə bağlı neçə-neçə kitablar dil açıb keçmişimizi haraylayırdı. Erməni, yəhudu evlərində tarixi kitablar qalaqlananda bizim evlərdə isə çex bülurları, xarici mebellər adama gəl-gəl deyirdi. Bu gün bizim əlimizə pul düşəndə bahalı əşya alırıq kitab yox, halbuki kitab bu bahalı əşyalardan neçə dəfə ucuzdur. Dünyadan köçmüşlərimizin qəbirlərini fürsət düşdükcə bahalı mərmərlərlə bəzəyirik, amma bir manatımızı belə tarixi abidələrimizin bərpasına qoymuruq. Axı bayaq qeyd etdim ki, bizim vətənimiz evimizin içidir. Evimizdən kənar bizə yaddır, zibilləyə də bilərik, ağaclarını kəsə də bilərik, təbiətini çirkləndirə də bilərik. Axı bizə nə?!…
2007-ci ildə əlimə əsli şotland amerka yazıçısı Səmyuel A. Uimzin «Ermənistan terrorçu «xristian» ölkənin gizliləri» kitabı keçmişdi. Daha doğrusu bu kitabı mənə Azərbaycan Dillər Universitetinin müəllimi Məhəmməd müəllim bir tədbirdə bağışlamışdı. Bəri başdan Məhəmməd müəllimə bu qənirsiz bəxşişə görə minnətdarlığımı bildirirəm. Və bu kitabı ingiliscədən bizim dilimizə çevirən həmin ali təhsil ocağının müəllimi Zeydulla müəllim Ağayevə öz minnətdarlığımı bildirirəm. Ağrılı tariximizlə bağlı dəyəri heç nəylə ölçülməyən belə qiymətli kitabı bizim dilimizə tərcümə etdiyi üçün… Allah belə ziyalılarımızı həmişə öz nəzər-diqqətində saxlasın və hifz etsin. 344 səhifəlik kitabı mən necə deyərlər bir nəfəsə, dincəlmədən oxudum. Kitabın səhifələrini həyəcansız oxumq mümkün deyil. Kitab məni o qədər həyəcanlandırdı ki, mən kitabın təsiri ilə bu insanpərvər müəllifin şərəfinə «Erməni fitvasını dünyaya faş eyləmisən» şerini yazdım. Kitab başdan-başa erməni adlı millətə mühakimə üsulunda qurulub. Erməniləri qaraçı bir qövm olduğu, onların nə əlifbası, nə tarixi torpaqlarının olmamasından bəhs edir. Hal-hazırda işlətdikləri əlifbanın alban əlifbasının dəyidirilmiş forması olduğundan danışılır. Hətta xristian inanclarının da olmadığı bu dini zahirdə işlətdikləri və əslində «vahan» adlı bir inanca qulluq etdikləri, rusların vasitəsi ilə qafqaza ayaq qoyduqları gündən bu əzəmətli, qeyrətli diyarı qan çanağına döndərdikləri haqda bəhs edilir. Azərbaycanın şimal hissəsində alban çarlığının və bu çarlığın suqutundan sonra qalan xaç abidə və məzarstanların ermənilər tərəfindən mənimsənilməsi, Türkləri-osmanlıları şərləməsi, yalançı aprel qırğınını dünyanın beyinə yeritmək və Türkiyədən ömürlük yal diləmək istəkləri, xristianlıq pərdəsi altında xaç inancında olan ölkələrdən pul dilənə-dilənə yaşayan ermənilərin iyrənc sifətləri bu kitabda ifşa olunur. Kitabda ermənilər tənbəl, ağır işlərdən qaçan, onun-bunun hesabına yaşayan bir millət kimi kəskin tənqid atəşinə tutulur. Və onları dəstəkləyən xristian dövlətləri də bu şər yoldan əl çəkməyə, haqqın, ədalətin tərəfində olmağa çağırır. Kitab Amerkada çap olunandan bir ay sonra müəllif müəmalı şəkildə vəfat etmişdir. Mən imkanlı şəxslərimizin yerinə olsaydım bu kitabı cahanın məşhur dillərində milyonlarla tirajla buraxardım və dünyanın hər yerinə yayardım. Heyif ki, Allah mənə belə bir imkanı nəsib etməyib. Amma onu deyim bu kitab ermənilərin xeyrinə yazılsaydı, onlar mənim dediyim kimi də edərdilər. Biz həmişə fil qulağında yatmağı xoşlayan bir xalqıq. Rus tarixçisi Lev Qumilevin sözü olmasın lap qocalıb tarix səhnəsindən çıxmağa hazırlaşan xalqlara bənzəyirik…
Ona görə müstəqilliyimizin varlığının tarixini subut edən hmnimizin gah sözləri, gah musiqisi bizlərə uzun görünür. Hətta səslənəndə dodağımızı belə tərpətməyi bəzən özümüzə rəva bulmuruq. Məşhur «Sarı gəlin» xalq mahnısını ermənilər özününküləşdirib. Və bizlərdən bəzilərimiz də elə guman edirik ki, elə bu mahnı ermənilərin boyuna biçilib. Sizlərə və bizlərə sual edirəm sarışın, yaşıl göz, göy göz erməniyə nə vaxt və harada rast gəlmisiz? Görünüş baxımdan ermənilər qaraşın, qara və ya qəhvəyi gözlu olurlar. Sarı saç, ağ bəniz, yaşıl və göy gözlər əslən qafqazlılara məxsusdur. Qanımızın ərəblərlə qarışmasına baxmayaraq həm bizim – yəni azərbaycanın başqa bölgələrindən olanların arasında, həm də müsəlman qarabağlıların arasında istənilən qədər sarışın, göy və yaşıl gözlü adamlara rast gəlmək olur. Həmçinin qafqazda türk əsilli tayfalar lap qədimdən olub. Yaşlı bir qaqouzun dilindən eşitmişəm ki, onlar çox-çox əvvəllər qafqazda yaşayıblar. İslam dininin Qafqazda yayılmasıyla əlaqədar olaraq onlar xristian dinində olduqları üçün bu ölkəni tərk edib Moldova ərazisinə getmişdilər. İndi də qaqouzlar dil və qan qohumluğu ilə əlaqədar bizi özlərinə çox yaxın hesab edirlər.
Naxçıvandan üzübəri islamdan qabaqkı tariximizi bizə birər-birər pıçıldayan alban abidələrmiz, qəbirsanlıqlarda paramparça keçmişimizin, oğurlanmış xaç başdaşılarımız yaralanmış susqun və baxımsız görkəmləri ilə bizləri haraylayır. Deyir, ey din ayrı soydaşlarım, qandaşlarım gəlin başımızı tumarlayın, üstümüzdən min illər əsən xəzan yellərinin naləsini dinləyin, ahımızı duyub, barı bir dəm bizim təki inləyin. Axı biz sizin keçmişinizin yadigarlarıyıq. Axı millətin kimliyi onun başı bəlalı tarixindən o tarixin torpaqda qoyduğu izlərdən keçir. Bu izlər torpaq altda və üstə qalan xaraba şəhərlər, qalalar, uzaq keçmişimizin küp qəbirləri, zərdüştlüyün, xristianlığın abidələridir. Axı bizim ulularımız yeddinci əsrdən yox, çox-çox öncələrdən bu torpaqların sakinləridir. Axı heç bir millətin tarixi onun dini ilə ölçülmür. Axı biz, bu məmləkətin sakinləri dünya xalqlarında olduğu kimi neçə-neçə inanclardan keçib bu günümüzə gəlib çıxmışıq. Kimi xristian, kimi zərdüşt, kimi müsəlman kimi və s. Öz tarixini gözbəbəyi kimi qoruyanlar tarix səhnəsində at oynadıblar. Allah bu hissi bizdə güclü etsin. Milli məclisdə bəzi millət vəkilləri kimi deməyək ki, Naxçıvanda hər daşın altından bir xaç çıxır. Əzizlərim, o xaçlar bizim özümüzə məxsusdur. Dünənini danan xalqın sabahı da olmaz. Bunu biz hamımız bir nəfər kimi anlasaq, bununla biz xaçpərəstliyi yox, tariximizi hifz etmiş oluruq. Tarix isə onu qoruyanlardan və hifz edənlərdən başlayır. Çünki tarixi qoruyanlar keçmişin sirli sandığının sehirli açarını öz ağılı, düşüncəsi, biliyi, ziyalılığı, milli qüruru, qeyrəti ilə dərin qatlardan arayıb axtarır tapır və qıfılını açır. Ulularının keçdiyi həyat yolunu araşdırmaq üçün. Biz bugün kimliyimizi aramaq üçün göy türklərin yaşadığı vaxtlara, Orxan-Yenisey abidələrinə gedib çıxırıq, amma bir neçə yüz il qabaq tarixə öz dəsti xəttini yazmış alban tariximizi özününküləşdirmiş erməni vandalizimi qarşısında sükutla baş əymişik. Və bu sükut öz tariximizə bəslədiyimiz ögeyliyin ucbatındandır ki, bugün düşmən hər cəhətdən üstümüzə hücuma keçib. Həm tarixi varlığımızı, həm musiqimizi, həm rəqslərimizi, həm torpaqlarımızı işğal etməklə məşğuldur. Göy türklərlə bağlı tariximiz və Orxan-Yenisey abidələri bizimdir, amma alban tarixini unutmamaq şərti ilə…Əsli bizdən olmayan bir yazıçı okeanın o tayından düşmənin iç üzünü açıb aləmə bəyan edib. Bütün dünyanın baş bilənlərini də qan içən terrorçulara qarşı ayıq-sayıq olmağa çağırıb. Biz isə «Əsli və Kərəm» dastanında boy göstərən Əslini erməni adlandırırıq. Bu iki dində olan bir tayfanın məhəbbət faciəsi idi. Əsli ilə Kərəm isə sonradan bir millətin başına gətirilmiş soyqırımlarının ilk qurbanları idi. Biz xristian albanla müsəlman albanın faciəvi məhəbbət dastanında Əslini erməniləşdirməklə erməniləri burda qədimləşdiririk. Amma dini dinimizdən, dili dilimizdən olmayan şotland əsilli yazıçı isə Amerkada haray qoparıb ermənilərin Qafqaza iki əsr qabaq gəldiklərindən bəhs edir. Biz özümüz də bilmədən və ya bilərəkdən çox vaxt erməni dəyirmanına su tökmüşük. Bizim bu başıbəlalı qonaqpərvərliyimiz, ürəyimizin yumşaqlığı sinəmizə dağlar, düyünlər çəkib.
Bu dağ-düyünlərin ağrısı dünən baba-nənələrimizdən, bu gün bizdən, sabah isə hələ həyatın ağrılarını tam dərk etməmiş övladlarımızın ürəyindən keçəcək. Bu dağ-düyünlərin kökünü kəsmək üçün göz yaşlarını, ah-ufu yığışdırıb təpədən dırnağa qədər düşmənə nifrət hissi ilə çağlamalıyıq. Namusumuz olan halalca ana torpağımızı qorumaq naminə! Çünki ana torpaq deyəndə həm Vətən, həm tarix, həm də bütünlükdə dəyərlərimiz yada düşür. Dünyanın hər yerində yaşamaq olar, ancaq hər yerə Vətən demək olmaz. Vətən sevgisi heç bir sevgi ilə əvəz olunmur. Bu əvəzsiz sevgi qan yddaşımızla ruhumuza hopub. Qan yaddaşımızın dolaylarında ata-babalarımızın at oynadıb qılıc çaldıqları zamanlar hayqırır. Bu hayqırtıların işartıları bağrımızda şimşəklər tək oynaşır. Kişili-qadınlı hamımızı döyuş meydanına səsləyir. Varlığımızın sağlığı naminə! Bu sağlıq hər birimizin dəyanətindən, mətanətindən, ləyaqətindən keçir. Düşmən mənfur olduğu qədər də çox qorxuludur.
Alban tarixini, alban mədəniyyətini bizə yad sayanlar qoy Azərbaycanımızın zəhmetkeş, əzabkeş və şəhid alimi akademik Ziya Bünyadovun alban tarixi ilə bağlı tərcümə etdiyi Musa Kalankatuklunun «Albaniya tarixi» və Mxutar Qoşun «Alban səlnaməsi»ni oxusunlar. Biz bu kitabları oxumaqla xristian olmuruq sadəcə əsrlər arxasından haray salmış öz kimliyimizin faciyəvi dastanıyla tanış oluruq…Mən demirəm ki, alban tarixinə bizim alimlərimiz müraciət etmib Fəridə xanım Məmmədovanın və bir çoxlarının bu sahədə xidmətləri danılmazdır. Amma bu gün biz hamılıqla əlimizdən oğurlanmış tariximizi özümüzə qaytarmaqçın mübarizə aparmalıyıq. İnternetdə açılacaq alban tariximizlə bağlı saitlərimizdən tutmuş, kənd-kənd, şəhər-şəhər adlarıını toz basmış, uçulub məhv olmaq təhlükəsi ilə üzləşmiş alban abidələrimizin bərpası və mənəviyyatımıza qaytarılması ilə məşğul olmalıyıq. Düşmən məkirli və iyrəcdir. Bütün günü bizim müsiqilərimizə qulaq asan, onları mənimsəyən, toylarında mahnılarımızın sədasına qol götürüb oynayan ermənilər özgə atı ilə çox uzağa çapa bilməyəcəklər, gec-tez atın üzəngisindən ayaqları üzüləcək və kəllə-mayalaq yerə gələcəklər.
Deyirlər ki, dünyada insan nəsli peyda olmamışdan öncə vəhşi bir insana bənzər nəsil var idi. Bizim insan nəsili vəhşi insan nəsilini döyüşə-döyüşə yer üzündən silib. Ona görə onlara da insan nəsili deyirəm ki, onların da ov alətləri var idi, amma insan əti ilə hətta bir-birinin əti ilə qidalanırdı. Amma adəm övladı bir çox vəhşilər kimi adam yeyənləri də yer üzündən yox edib. Ancaq hərdən mənə elə gəlir ki, bir çox nəhəng canılar öz görnüşünü dəyişdiyi kimi, adamyeyənlərin də törtöküntüləri indiyə kimi qalmaqdadır. Yəqin ki, başqa şəkildə. Bu üzdə bizlərə bənzər, daxildə isə vəhşi və şeytani fikirlərə qul olmuş ermənilərdir. Ona görə də onları nə din, nə iman, nə Tanrı xofu çəkindirmir. Məqsədləri ev yıxmaq, qan tökmək, məzlum erməni sifətləri ilə dünyadan pul dilənməkdir. Neyləyək bizim də bəxtimizə belə qan içənlərlə çarpışmaq düşüb? Xatirimə yüz illik fransız-ingilis müharibəsinin tarixi düşür. İndi fransız da, ingilis də öz evində oturub və bir-birinin sərhədlərinə hörmət və ehtiramla yanaşırlar. Yəqin erməni də vəhşi xislətdən əl çəkər, ya da bir dəfəlik həyat səhnəsindən silinib gedər. Çünki atalar demişkən yalan ayaq tutar, yeriməz, necə ki, erməni yalanı haçansa ayaq tutub, ancaq bu gün yerimir. Bütün dünya onu düz yola qaytarmaq üçün baş sındırır. Dırnaqarası xristian qardaşlarının başını sığallayıb, cibinə pul-para basanlar da bu gün tutduğu əməllərindən peşiman olublar. Çünki onun-bunun yallı ilə dolanmağa vərdiş etmiş ermənilər bu dilənçi yardımların ömrünü uzatmaq istəyirlər. Əfsus, xaricdə oturmuş erməni əsilli milyonerlər elə bu pullarla varlanmış, əldə etdiklərin yardımların bir qisimini qana, qırğına, terrora, bir qismini isə şəxsi həyatlarına xərcləyirlər. Qafqazda yaşayan erməniləri də beşdaş kimi əllərində atıb tuturlar. Yağlanmış qarınlarının sabahını düşünə-düşünə. Bizlər isə bu mətləblərdən hali olub sabahımız naminə bu günümüzə əncam çəkməliyik. Çünki müvəqqəti dondurulmuş müharibənin atəş səsləri cəbhə xəttinə yaxın ərazilərdən hər gün eşidilməkdədir. Hələ də ara-sıra şəhid olmuş əskərlərimizin meyidləri gəlir evlərinə. Bu açılan güllələrlə ermənilər bizə demək istəyir ki, biz sizinlə düşmənik, bu düşmənçiliyin kökləri heç vaxt ürəyimizdən qırılmayacaq. Biz isə xristian donuna girmiş məkirli vahanlarıq. Bizi bura şeytan atamız göndərib ki, sizinlə qan savaşına çıxaq. Qələbəni isə güclülər qazanır. EY AZƏRİ İNSANI, mən bu qələbənin gücünü özümüzdə görürəm. Tariximizi sormaqla, Vətən atəşini könlümüzə sarımıqla, dünənimizi aramaqla, bu gunumuzə yarımaqla, sabahımızı qorumaqla!…
06.11.2009 Pirallahı