«EŞİDİB-BİLDİKLƏRİMDƏN» YAZISININ MÜƏLLİFİ
USTADIM ƏNVƏR NƏZƏRLİYƏ AÇIQ MƏKTUB
Hörmətli, Ənvər müəllim, mən Sizi ilk dəfə «Məcməüş-şüəra» («Şairlər məclisi») və «Füzuli» ədəbi məclislərindən şəxsən tanıdım. Amma hələ orta məktəb illərindən haqqınızda eşitmişdim. Sizin 1937 – ci il repressiyasının qurbanı olmuş Hacıbaba Nəzərli ocağından olduğunuzu bilirdim. Sizin ailənin çəkdiyi ağrı-acılardan az-çox xəbərim var idi. Mən bu ədəbi məclislərə gəlib-gedərkən sizin səmimiliyinizin, sadəliyinizin, yüksək savadlılığınızın, başqalarından fərqli olaraq dözümlülüyünüzün şahidi oldum. «Füzülü» məclisində qəzəllər oxunarkən haqq dünyasına qovuşmuş rəhmətlik Hası Mail tez-tez sizə müraciət edib sizin fikrinizi öyrənərdi. Bu sizin klassik şeir forması olan əruza bələdliyinizdən və əruz sahəsində qazandığınız mükəmməl bilikdən xəbər verirdi. Sizin 2006-cı ildə işıq üzü görmüş və mənə bağışladığınız «Ürək təranələri» divanınızı oxuyarkən onun axıcılığının şahidi oldum. Bu divanda dilimizin şirinliyinin qorunması, dilimizdə işlənməyən ərəb-fars sözlərin qəzəllərinizdə olmaması sizin ustad şairliyininzdən xəbər verir. Ona görə də sizin kimi ustad sənətkarı şəxsən tanıdığıma görə qürur hissi keçirirəm. Qürur duyuram ki, siz mənim 2002 – ci ildə çapdan çıxmış «Kiminə acı dünya, kiminin tacı dünya» kitabımda gedən qəzəllərin redaktoru olmusuz.» Əziz ustad, siz ilhamlı şairsiz, fəqət bununla bahəm həm də gözəl şərqşünassınız, məhz ona görə də əruzda diliniz belə rəvandır.
Arzu edərdim ki, Sizin könül oxşayan qəzəlləriniz muğam oxuyan xanəndələrimizin diqqətini çəksin və dillərinin əzbəri olsun. Ənvər müəllim, mənim məqsədim sizin qəzəllərinin haqqında fikir yürütmək deyil, bu fikiri hörmətli akademkimiz Vasif Məmmədəliyev kifayət qədər açıqlayıb.
Əziz ustad, mən sizin mənim və mənim kimi bir çoxlarının nəzər-diqqətini cəlb etmiş və marağına səbəb olmuş «Eşidib-bildiklərimdən» yazınız haqqında ürək sözlərimi söyləmək istəyirəm. 2008-ci il may ayının 10-dən maraqlı ədəbi orqan olan «Kredo» qəzetində ardıcıl olaraq sizin «Eşidib-Bildiklərimdən» yazınız çap olunur. Mən bu yazıya publisistik yox, mənsub olduğunuz nəsilin timsalında dəyərli bir tədqiqat əsəri, yaşadığımız dövrün ağrılı-acılı, nəş‘əli-ələmli yüyürək dilli həyat dastanı, həyat hekayəsi deyərdim. Əziz ustad, sizin qəzəllərinizdə olduğu kimi bu hekayətdə də axıcı yazı diliniz var. «Eşidib-bildiklərimdən» hekayəti təkcə bir nəsilin həyat yoluna çırağ tutmur, bu Vətənimiz müstəmləkə məngənəsində boğularkən onun övladlarının başına gələn acılı-şirinli, maraq dolu ömür tarixçəsidir.
Sizin əminiz Hacıbaba Nəzərli nəsilinin başına gələn müsibətlər əsilli, ziyalı ailələrin hər birinin ağırılı taleyindən keçib. Mən özüm də bəy nəsilli ailənin övladıyam. Babamın, babamın atasının, əmisinin başına gətirilmiş fəlakətlərin acı hekayəsini dönə-dönə rəhmətlik atamdan eşitmişdim. Əziz ustad, çar Rusiyasının sonlarına və sovet dövrünə tutduğunuz sənət çırağı
sizin gözəl publisist-tədqiqatçı kimi istedadınızı üzə çıxardıb. Bu yazını mütamadi qəzetdə çap edən «Kredo» qəzetinin baş redaktoru Əli Rza Xələfliyə də öz minnətdarlığımı bildirirəm. Çünki o, tariximizin dünəninə çıraq tutan belə maraqlı yazının qəzetdə işıq üzü görməsinə imkan yaradıb. Hörmətli ustad, sövet dövru bizim Vətənimizin tarixinin bir hissəsidir. Çünki biz də bu dövürdə doğulmuşuq və bu dövürün daşıyıcılarıyıq. Ona görə də bu dövür həm müsbət, həm də mənfi cəhətləri ilə oluğu kimi öyrənilməli təzə doğulanlara, yəni gələcək nəsilə doğru-düzgün çatdırılmalıdır. Siz həmin zamanlarda müxtəlif məsul vəzifələrdə çalışmış, həmin vəzifələrin ağrı-acısını, şirini-şəkərini dadmış insansınız. Nəzərli ocağının atəşindən doğan şölələr sizin könlünüzə işıq salmış, heç bir qadağaya, qorxulara baxmayaraq o dövürdə oxuyub yüksək mənsəblərə çatmısınız. Bu o zamanki dövürdə hər adamın işi deyildi. Çoxları öz ata-babalarının soy adını belə gizlətdiyi halda Siz Nəzərli soyuna sadiq qalıb onun adını öz işiniz və xeyrxah əməllərinizlə işıqlandırmısınız. Hörmətli ustad, siz böyük Şəhriyarın « Heydərbabaya salam» poemasının bu tayda ilk dəfə mətbuat səhifəsində üzə çıxmasına nail olmusunuz. Böyük Şəhriyar da, Siz də mənim ən çox sevdiyim şairlərdənsiz. Siz Vəli Axundovdan bu hekayətdə xoş sözlər yazırsız. O mənim atamın ana tərəfdən qohumudur və mən onun haqqında yazılan bu xoş sözlərə görə qürur hissi keçirirəm. Siz Bağırovun amansızlığından, Hacıbaba Nəzərliyə tutduğu divandan söhbət açırsınız. İnanırsınız, bu sətirləri oxuyanda dəhşətə gəldim. Böyük çıxmasın mənim «Bizi özümüzdən qoru, Allahım» şeiri burda lap yerinə düşür. Deyəsən bizim özümüzün özümüzə etdiyimizi heç kim bizə etməyib. Bir də ki, özgənin etdiyi pislik adamı o qədər yandırmır axı? Deyirəsən ki, qanı qanımdan deyil, canı canımdan. Biz bu misibətləri az-çox o dövürün canlı şahidi olmuş qocalarımızın dilindən hərdən bir pıçıltılarla eşidərdik. Bu pıçıltılar onların qanına, canına hopmuş qorxudan nişan verirdi. Bu qorxu indi də bizim qanımız da var. Genlərlə keçib bizə! Bəli, biz həmin qorxunun canlı daşıyıcılarıyıq!… Budur Bağırovların millətimizə vurduğu ağır mənəvi zərbələrin acı təzahürü!
Hörmətli ustad, siz məsul vəzifələrdə çalışdığınız vaxtlar, xarici ölkələrdə səfərlərdə olduğunuz zamanlar barədə hekayətdə maraqlı məqamları nəql edirsiz. İraqda səfərdə olarkən hüzr yerinə getməyiniz haqqındakı əhvatdan bəhs edirsiniz. Hüzr mərasimində oradakı adət-ənənənin canlı şahidi olmusuz. Yas mərasimində hüzrə gələnlərə az miqdarda acı kofe paylanılırdı. Siz də həmin kofedən dadmalı olmusunuz. Bu acı kofe yas sahibinin dərdinə şərik olmanı təcəssüm etdirirdi. Bunu mən mərhum yazıçımız Əzizə Cəfərzadənin də dilindən eşitmişdim. Təəssüflər olsun ki, bizdə yas mərasimləri varlılıqdan, kasıblıqdan asılı olmayaraq bir şoya çevrilib. Yasa gələnlər bərbəzəkli təamlarla dolu olan süfrəni görəndə heç olmasa üzdən də olsa kədərlənməyi unudurlar. Vallah, indiki qəbirsanlıqlar heykəltaraşların açıq səma altında emalatxanasına bənzəyir.
Hərdən mənə elə gəlir ki, bizlərin çoxunda nə Allaha, nə də islama etiqad var. Sadəcə olaraq din bizim məişətimizə möhümatla və vərdişlə daxil olub.
Siz 1968-ci ildə Çexslavakiyada sovet imperyasının törətdiyi qırğının nəticəsi olaraq Türkiyədə başınıza gələn əhvalatdan bəhs edirsiz. Türk xalqının sovetdən gələn nümayəndə qurupunu necə nifrətlə qarışlamağı və türk hökümətinin məcbur olub bu qurupu üç gün adada gizlətməyi maraqlı tarixi məqamdır. Siz bu məqamı açıqlayıb o dövürün daşıyıcıları olan biz insanlara çatdırırsınız. Hörmətli Ənvər müəllim, Siz sovet dövürün təhsil sistemindən bəhs edirsiz və maraqlı açıqlamalar verirsiz. Doğurdan da o dövürdə təhsil çox güclü idi. Adi ailələrdən tutmuş yüksək, çinli ailələrə kimi hamı ali təhsil arzusuyla aşıb-daşardı və hamı bu arzuya yetmək üçün çalışardı. İndiki kimi bilik almaq üçün nə uşaqlara müəllim tutulardı, nə də onların nazı ilə oynalılardı. Heç kəsin əlindən kitab düşməzdi yerə, hamı savadlanmağa can atardı. Kitabxanalar qələbəlik olardı. Sadə ailələr də uşaqlarını oxutdurmağa cəhd edərdi. Onda da tanışlıqla, «dayı» ilə oxuyanlar çox idi. Əslində bu təhsil sistemi sovet qurluşuna xidmət üçün qurulmuşdu. Ümumilikdə götürdükdə isə müsbət mənada milləti savadlanmaya aparırdı. İndi də oxuyanlar az deyil, amma savadlılar azlıq təşkil edir. İnternet, komrüter məişətimizə daxil olandan cavanlarda kitaba maraq azalıb. Yeni texnikanı bilmək irəli getməkdir, ancaq kitabı əlindən yerə qoymamaq şərti ilə. Mən də köpüterdən istifadə edirəm, ancaq körüter kitab deyil axı. Çox qabağında oturanda insanda beyin yorğunluğu, rahatsızlıq yaradır. Hörmətli ustadım Ənvər Nəzərli, mən sizin yazdığınız bu hekayəti başdan-başa nəql etmək fikrində deyiləm. Ancaq mənə təsir edən bir çox məqamları sizinlə bölüşmək istədim. Bir də bir istəyimi sizə yetirmək isətəyirəm. Yaxşı olardı ki, «Eşidib-bildiklərimdən» hekayəti qəzetdə sona çatdıqdan sonra kitab şəkilində işıq üzü görsün. Bu həm tədqiqatçılar üçün, həm də yaxın keçmişimiz olan və artıq bir tarixə dönən sovet dövrünün yadda qalan səhifələrini gələcək nəsillərə ötürülməsi üçün dəyrli bir vasitə olardı. Və arzum budur ki, mənə də «Eşitdiklərim-bildiklərimdən» kitabının bir dənəsini öz dəsti-xəttinizlə ərmağan edəsiz. Sizə möhkəm can sağlığı və yaradıcılıq uğurları eşqiylə!
Hörmətlə: Şirinxanım Kərimbəyli ŞADİMAN
Pirallahı 10. 11. 2008