USTADIM ƏNVƏR NƏZƏRLİ VƏ
ONUN «BU DÜNYANI BELƏ GÖRDÜM»
KİTABI HAQQINDA DÜŞÜNCƏLƏRİM
Dünyanın ağrı-acılarından keçmiş ömrünün həyat sınaqlarından əzimlə, dəyanətlə çıxmış Ənvər Nəzərlini mən ustad şair, həqiqi ziyası ilə onu tanıyanları riqqətə gətirən nurlu bir insan kimi tanıdım. Özü də bu tanışlıqdan könül dolusu məmun qaldım.
Onun biliyi, kamalı, məntiqi qarşısında qürur hissi keçirməyə bilmirsən. Yaşının ahıl vaxtında həyatın keşməkeşlərindən yorulmuş ağlını süstləşməyə qoymadı. İllərlə ürəyində yığılıb qalmış ilham təranələrini şeirmizin ən ağır forması olan əruzla vərəqlər üstünə səpələdi. Könülündə təlatümlər yaratmış ruhun ehtiyacını əruzun dili ilə beyt-beyt oxucusuna ərmağan etdi. Divanlarını araya-ərsəyə gətirdi. Əfzələddin Xəqani, İmaməddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir kimi nəhəng şairlər yetirmiş Şirvan torpağının bağrından qopub Ənvər Nəzərli. Bu gün özünə şair deyib əruzun kölgəsindən qorxanlar Ənvər Nəzərli məktəbindən azacıq da olsa dərs alsaydılar, guman edirəm ki, uduzmazdılar. Onun simasında həqiqi mənada bir ziyalılıq, ədəbiyyatımızın bugunki hali-vəziyyətinə ürək yanğısı, cəfakeşlik gördüm. O, yaşının ötən çağlarında keçmiş sovet cəmiyyətində müxtəlif vəzifələr
-də çalışmış, həyatın ağrı-acısını kifayət qədər görmüş və bu ağrı-acını yaşamış kəslərdəndir. Çünki sovet zamanlarında vəzifə kürsüsünün arxasına keçmək o qədər də asan iş deyildi. Kifayət qədər savadı olmayan bu işin öhdəsindən gələ bilməzdi. O sistemin özünə məxsus qayda-qanunları hər ali təhsilinin ağıl ölçüsüylə bir araya sığmırdı. Sövet sisteminin qadağaları içində millətini, doğulduğun məmləkətini, sevdiyin vətəni təmsil etmək, onun varlığını azacıq da olsa pakanə duyğularla yaşatmaq, öz saf əməllərinlə irəliyə aparmaq barmaqla sayılası ziyalıların işi idi. Belə ziyalılardan biri də fars dili üzrə şərqşünas-mütəxəssis Ənvər müəllim oldu. İndiki zamanədə müəllimlik adı o qədər ucuzlaşıb ki, bu yaxınlarda bir millət vəkilinin «adi müəllim» kəlməsini eşidəndə dəhşətə gəldim. Ona görə dəhşətə gəldim ki, müəllim adi deyil, bu adı adiləşdirib, onun böyüklüyünü azaldanlar papaqlarını qabaqlarına qoyub bu barədə dərin-dərin fikir dəryasına qərq olmalıdırlar. Çünki milliyyətindən asılı olmayaraq bu addan başlayır insanın sabaha gedən yolu! Bu yolun uğuru müəllim adıyla birbaşa bağlıdır. Ənvər Nəzərli də bu ada layiq ziyalılardan biridir. Və bu adı daima uca tutub, çünki ağıllı gözlərlə insanın simasına baxanda onun kimliyi o saat bəlli olur. Ənvər müllimin üzündən onun ziyalılığı, mirzəliyi oxunur. Əsli-nəcabətli nəslin övladı olduğu hiss olunur. Bilirsiz, yüksək vəzifələr daşımaq, çoxlu pullar qazanmaq, dəbdəbəli imarətlər yapmaq olar, ancaq bir kəlmə danışıqla adamın kimliyi bariz şəkildə özünü nümayiş etdirir. Atalar demişkən, geyimlə qarşılayıb ağılla yola salarlar. Əsili-kökün yoxluğu və varlığı insanın hərəkət və davranışlarından, danışığının çəkisindən bilinir. Ustadım Ənvər müəllimin danışığında da, davranışında da bu kefiyyətlər kifayət qədər hiss olunur.
1937-ci ilin reperresiya qurbanlarından biri olan Azərbaycan Yazıçılar Birliyinin ilk sədiri Hacıbaba Nəzərlinin qardaşı oğlu Ənvər Nəzərli keçdiyi həyat yolunun cəfalarını ürəyində yaşatmış ziyalılarımızdan biridir. O, məktəbdə müəllimlikdən tutmuş, sonrakı dövürlərdə daşıdığı bir sıra vəzifələrdə nəslinin cəfakeşi oldu. Onu donduran haqsız tənə buzlarını isti ürəyi ilə, ağılı, zəkası ilə əritdi. Daşıdığı vəzifələrin öhdəsindən şərəflə gəldi. Yaşının bu çağında Nəzərli soy adının şərfini qorudu, bağladığı divanları ədəbiyyatımıza ərmağan etdi. Çoxları bu yaşında başqalarından qulluq və diqqət tələb etdiyi halda, Ənvər müəllim ağlının kamilliyini ixtiyar yaşına qurban vermədi, tutumlu divanları ilə bahəm, bu yaxınlarda çapdan çıxmış «Bu dunyanı belə gördüm» 367 səhifəlik kitabında «Yaddaşın izi qalır…» sənədli-povesti də yer aldı. Bu povest «Kredo» qəzetində çap olunmuş «Eşitdiklərim, bildiklərim» sənədli həyat epizodlarıdır. Bir müddət qabaq «Kredo» qəzeti vasitəsi ilə Ənvər müəllimə ünvanladığım məktubda qeyd etdiyim kimi bu sənədli povest təkcə bir nəsilin həyat həqiqətlərini, çəkdiyi müsibətləri üzə çıxarmır, həm də millətimizin sövet dövründə və ondan öncə keçdiyi həyat yolunun önəmli tarixçəsidir. Elə tarix də zaman keçdikcə belə önəmli, sənədli həyat həqiqətlərindən yaranır. Gələcək nəsillər bu həyat həqiqətlərindən bariz şəkildə faydalanır. Ənvər müəllimi haqq dünyasına qovuşmuş qəzəl ustadı, rəhmətlik Hacı Mailin 1994-cü ildə yaratdığı «Füzuli şeir məclisi»indən əyani şəkildə tanıdım. Sonralar onun bu məclisdə müsbət mənada oynadığı rolun canlı şahidlərindən biri oldum. Bu məclisə müxtəlif cür ağıl tutumlu insanlar gəlirdi. Çoxlarının da üzündən-gözündən, özündən razılıq töküldüyü halda, Ənvər Nəzərli heç vaxt öz təmkinini pözmazdı, başa düşmək istəməyəni də yumşaq bir tərzdə başa salmağa cəhd edərdi.
Dəyərli ziyalımız, şair-publisist Əli Rza Xələflinin baş redaktor olduğu «Kredo» qəzetində 2008-ci ilin may ayından Ənvər müəllimin «Eşitdiklərimdən, bildiklərimdən» sənədli həyat hekayəti ardıcıl surətdə çap olunarkən mən bu yazını heyranlıqla oxuyurdum. Çünki həyatı dərk edən gündən dədə-babalarımızın keçdiyi ağırılı həyat yolu, köləlik buxovları ilə bəndlənmiş başıbəlalı vətənmizin müsibətləri məni həmişə düşündürürdü. Düşünürdüm ki, nədən dədə-babalarımız birləşib vahid bir dövlət yarada bilməyib? Və yaratmaq istəyəndə də cəhdləri boşa çıxıb. Tayfa hegomonluğunanmı, ya hamının xan olmaq istəyindənmi, və yaxud qonşuluqda olan amansız iperyaların azğınlığındanmı ölkəmiz uzun illər zəlalət girdabında çapaladı?! Hissə-hissə, parça-parça doğma yurdlar əlldən çıxdı, ellər, elatlar köç etdi. Qəbirlərimiz tapdalandı, namusumuz xırdalandı, düşünən beyinlərə sünğü yeridildi, say-seçmə igidlərimizin, vətən eşqli ziyalılarmızın ürəyinə dağlar-düyünlər çəkildi. Xan-bəy-tacir əsilli insanlarımızın nəinki özləri, balaları, qohum-əqrəbaları bu müsibətin acısını öz sümüklərində hiss etdilər. Mənlikləri tapdalandı, soy adları gizlədildi, özləri və yaxınları təkcə Sibirə yox, Orta Asiya səhralarına, hətta okean adalarına qədər sürğün edildilər. Əyilib diz çökməyənlərin izləri-tozları yox edildi, bu azğınlıqların xofu millətimizin ürəyinə ox edildi. O vaxt bu yazını oxuyarkən Ənvər müəllimə demişdim ki, Allahdan arzu edirəm, ömür sizə vəfa qılsın bu yazını kitab şəkilində buraxa biləsiz. Şükür ki, bu günü Tanrı həm müəllifin özünə, həm də bu sənədli-povestin müştağında olan oxucularına, o cümlədən mənə qismət etdi.
Ustadım Ənvər Nəzərlinin «Bu dünyanı belə gördüm» kitabında yer alan «Yaddaşın izi qalır…» sənədli povesti obrazlar bolluğu ilə zəngindir. Məhz povestin özəlliyi və gözəlliyi ondadır ki, bu obrazlar real həyatın ağrı-acıları ilə yaşamış vətən övladlarıdır. Əsərin əvvəlində cəryan edən hadisələr çar Rusiyasının axır illərinə təsadüf edir. İnqilabi-özbaşnalıqların və iperyaların toqquşduğu zamanlar milliyyətindən asılı olmayaraq insanlar böyük müsibətlərə düçar olur. Onda da ola ki, dini, dili, mədəniyyəti tamamilə sənə yad olan hegomon bir dövlətin köləsi olasan. Həmin köləlik ağrılarından keçdi binəva vətənimiz. Bu gün də o ağrının yaraları bitişmir! Həm canımızda, həm qanımızda, həm də paramparça olmuş yurdlarımızın odu sönmüş ocaqlarında! Bu ocaqların tüstüsü burula-burula göyün yeddi qatında haray dolu şırımlar açıb. Demokratyanın beşiyi adlandırdığımız Avropada, hətta az saylı millətlərin belə müstəqil dövlətləri olduğu halda, bu boyda məmləkətimizin müstəqillik arzuları dönə-dönə ölüm, qırgın, qanla müşayət olundu. İnsanımızı manqutlaşdırmaq üçün şimalda rus imperyası, cənubda fars imperyası ilan kimi min bir dəfə dəridən-qabıqdan çıxdı. Bu gün müstəqillik arzusuna yetişsək də yenə də iperyalar fürsət düşən kimi pıçhapıçdadılar, arzularımızı gözümüzdə qoymaq üçün… Fəqət bütöv bir dünyaya səpələnmiş 50 milyonluq azərinin ümid yeridir müstəqil Vətənimiz! Elə müəllif də sənədli povestində vətən övladlarının ötən əsirin əvvəllərindən üzü bəri başlarına gəlmiş müsibətləri yanıqlı bir dillə oxucusuna nəql edir. Əsərdə Abbasqulu ağa Bakıxanovla bağlı maraqlı bir məqam diqqətimi cəlb etdi. 1847-ci ildə Şamaxıdan və Qubadan Həcc ziyarətinə gedən zəvvarların arasında Abbasqulu ağa da olubmuş. Əsərdə ağanın yol boyu sadə isanlarla mehriban rəftarından, insannəvazlığından söhbət açılır. Məşhur alim, şair və dövlət xadiminin humanistliyi onunla yol yoldaşı olan zəvvarlarda həm heyranlıq, həm də iftixar hissi doğurmuşdu. Həm də Abbasqulu ağanın o müqəddəs yerdə vəfatı oxucalar üçün maraqlı və tarixi bir faktdır. Müəllifin əmisi nakam Həbibullahın başına gələn fəlakət həm oxucunu mütəssir edir, həm də millətin say-seçmə oğullarına qarşı törədilmiş cinayətlərin təşkilatçılarına qarşı insanda sonsuz nifrət hissi yaradır. Əslində ölkəmizdə erməni azğınlıqları rusların birbaşa dəstəyi və əliylə törədilirdi. Bu gün də o davam edir. Öz idbar siyasətlərini həyata keçirmək üçün əslində imperyalar az saylı xalqlardan, dinlərdən və bu dinləri min bir yerə parçalayan məzhəblərdən istifadə etmişdilər. Ermənilər də bu qanlı oyunun təşkilatçılarının əlində iki əsirdir ki, oyuncaqdılar. Qan tökə-tökə bu idbar oynun gələcəyinə inamışlar. Ermənilər öz-özlüklərində, yəqin başa düşməmiş deyillər ki, Azərbaycan adlı məmləkətin ərazisində nə keçmişdə, nə eradan əvvəl dövlətləri olmayıb. Özləri də bineyi-qədimdən gəzənti bir qövüm olduğu üçün müxtəlif yerlərdə dövlətləri olub və dağılıb. Bu gün bir ovuc alban əsilli nankor xrsitian azərbaycanlıların kirli və məkirli kürkünə bürünüb nəinki torpaqlarımızı, mədəniyyətimizin müxtəlif sahələrini zəbt etməklə məşğuldular. Əslində ermənilər rus siyasətinin əlində oyuncaq olduğu kimi, alban əsillilər də ermənilərin əlində oyuncaqdır! Çünki nə dünən, nə sabah, nə də min il sonra ermənilər onları öz qanından hesab etməyib və etməyəcəklər. Ümumiyyətlə, ermənilərdə dədə-babadan belə bir adət var ki, hara qondular oranı özlərinə vətən sayır və özününkiləşdirməyə başlayır. Bu özününkiləşdirmə isə sonralar qanla, qırğınla, xəyanətlə boy göstərir. Elə keçən əsrin əvvəllərində də həm qardaş Türkiyə ərazisində, həm də bizim ərazidə bu xəyanətlər və qırğınlar kənd-kənd, şəhər-şəhər tüğyan etdi. Dünyanın baş bilənləri «yazıq erməni» simasına çoxdan bələddir, sadəcə olaraq xrsitian Avropaya müsəlman Azərbaycanın inkişafı sərf eləmir. Öna görə həm dünən, həm bu gün erməni xainliyi və iyrəncliyi ilə üzbəüz qalmışıq. Bizə isə bu xainlikdən xilas olmaq üçün iqtidarlı-müxalifli bir olmaq lazımdır. Çünki bizim bir düşmənimiz var, o da erməni toplumudur. O topluma qarşı bu gün də, sabah da, gələcəkdə də ayıq-sayıqlığımızı itirməməliyik. Bəli, onlar qoltuq altında yaşamağı xoşlayandır. Hansı millətin qoluğunun altında daldalanırlarsa, o millətin də oyuncağına çevrilirlər. Necə ki, bugun rusların oyuncağına çevriliblər. Farsların ətəyini öpürlər. Elə əsərdə müəllif də ermənilərin fitvası ilə əzizlərinin başına gələn müsibətləri nəql edir. 1900-cü illərdə barmaqla sayılası ziyalılarımız var idi, vətənmiz belə insanlara sonsuz ehtiyac duyurdu. Ali təhsilli Həbibullahın vətənə dönməsi erməni əsilli xəyanətkarları açmırdı. Ona görə onun qətlinə fərman verdilər və cavan həyatı nakam sonluqla bitdi. Əslində mənə elə gəlir ki, müvəqqəti torpaqlarımızın bir qismi əlimizdən çıxsa da ermənilər bu dəfə oyunda uduzublar. Çünki vaxtı ilə Azərbaycanın mərkəzi olan Bakıda ən yaxşı yerləri və vəzifələri onlar zəbt etmişdilər. Ölkənin şah damarı isə onun paytaxtıdır. Bu şah damarın əsas riçaqları onların əlində idi. Bu gün müvəqqəti yardımlarla yaşayan torpaqlarımızın bir parçası olan indiki Ermənistan yəqin ki, belə getsə bir müddətdən sonra süquta uğrayacaq. Çünki bütünlükə yal yeyən bir dövlət nə Avropanın, nə də onun havadarlarının ömürlük pul kisəsindən asılı qala bilməz. Avropalılar heç öz övladlarının nazı ilə oynamağı sevmirlər, o ki olsun ermənilərin. Ermənistanda yaşayan ermənilər isə belə getsə yenə də qazanc və güzəran eşqiylə dilənçi dövləti tərk etməli olacaqlar. Beləliklə, Ermənistan dediyimiz qurama dövlət öz ömrünü başa vuracaq. Çünki xaini nə Allah sevməz, nə də onun Allah eşqli bəndələri! Rusiyaya isə mənim yazığım gəlir, ona görə yazığım gəlir ki, o boyda dövlətin başbilənləri Yekatrina dövrünün fikir və düşüncələri ilə yaşayırlar. Düşünmürlər ki, hələ daxilərində nə qədər muxtar vilayət və mərkəzlər var ki, azadlıq eşqiylə çalxalanırlar. Bir gün bu çalxalanma başqasına quyu qazıyan imperyanın özünü tarimar edər! Axı dünya dünənki dünya deyil, indiki zamanədə heç ailədə övlad öz valideyinin sözünə qulaq asmır…
«Yaddaşın izi qalır…» sənədli povestində törədilmiş qırğınların gətirdiyi fəlakətlər maraqlı bir dillə əsər boyu işıqlandırılır. Bu fəlakətlərin davamı isə sovet dövründə qanlı repperesyalarla özünü büruzə verir. Müəllifin əmisi 1937-ci il ziyalı qırğınının ilk qurbanlarından biri olur. Nəzərlilər ailəsi də, başqa əsilli ailələr kimi haqsızlıqlara və fəlakətlərə düçar olurlar. Nə idi bu insanların günahı? Vaxtı ilə öz bacarıq və istedadları hesabına layiq olduqları halal titul və varidata görə niyə görə ölümə, təhdidə, sonu görünməyən haqsızlıqlara düçar oldular? Rus imperyası qırmızı bolşevik adıyla hələ 70 il sonra da millətlərin başına fəlakətlər açdı. İnsanları öz əqidəsindən, dinindən, dilindən uzaq saldı. Ruslaşma siyasəti soy adın sonuna əlavə edilən «ov, yev, ova, yeva» şəkilçilərindən tutmuş canımızda, qanımızda, mənəviyyatımızda cövlan etdi. İndi də hələ bu ağrıların məngənəsindən tam xilas ola bilmirik. Necə deyərlər, jojiklər mənəviyyatımızda elə dərin kök atıblar ki, onlardan qopmaq üçün hələ bizə neçə-neçə illər lazım gələcək. Müstəqilliyi
-mizin başı sağ olsun, bu yaralar da zaman gələr sağalar. Atalar demişkən, təkcə ölümə çarə yoxdur.
Ustadım Ənvər Nəzərliyə heyranlığım ədəbi dilmizin təmizliyini qoruyub saxlamasıyla da bağlıdır. Bu onun həm nəzm dilində, həm nəsir dilində, həm də şifahi danışığında adamı valeh edir. Baxmayaraq ki, uzun müddət sovet dönəmində məsul vəzifələrdə çalışmış, ancaq ana dilimizə sadiq qalmış, onun keşiyində daim bir əsgər kimi durmuşdur. Məsul vəzifələrdə işləyənlərin çoxu vaxtikən ana dilimizdə danışmağı özünə ar bilərdi. Nəinki özlərini, həm də uşaqlarını bu dildən uzaq salardılar. Ənvər müəllim əsərin bir yerində hələ bələkdə ikən anasının onun bələyində yaddan çıxardıb qoyduğu təsbehi sonralar rəhmətlik anasına xatırla
-dır. Anası bu kiçik epizodu xatırlayanda təəccüb qalır. Oğlunun bu qeyri-adi yaddaşı qarşısında heyrətlənir, uca Tanrının şərəfinə namaz vaxtı olmamasına baxmayaraq üç rükət namaz qılır. Mən də Ənvər Nəzərlinin yazdığı «Yaddaşın izi qalır…» sənədli-povestini oxuyarkən hədsiz qibtə hissi keçirdim. Yaşı 80-dı keçmiş bu ixtiyar kişinin hafizəsi önündə heyrət hissimi gizlətmirəm. Artıq çoxdan tarixə dönmüş hadisələri yenidən gündəmə gətirib bu yaşında kitab səhifələrinə düzmək böyük cəfa, zəhmət və məhəbbət tələb edir. Müəllif bu alimanə işiylə həm biz oxucularını, həm də dünyasını dəymiş nakam isanların ruhunu şad edib. Əslində vəzifədə işləmək insandan hədsiz bacarıq və dözüm tələb edir. Ənvər müəllim bu bacarıq və dözümü yəqin gənc yaşlarından özündə əxz edib. İndi də o dözümün vərdişini dadmaq şərəfinə nail olub. Əsər boyu müasir dövrümüzün ziyalıları olan elm adamları, mədəniyyət işçiləri, yüksək çinli insanları barədə söhbətlər açılır. Yeri düşdükcə adları sadalanır. Rusiya, Türkiyə, İraq, İran və sair ölkələrə səfərlərindən bu səfərlər zamanı baş verən maraqlı hadisələrdən bəhs edilir. Şər və xeyir arasında çapalayan dünyamızda cövlan edən bir sıra hali-hekayətlər nəsr boyu şirin nağıl dili ilə nəql olunur. Biz bu sənədli-povest
-də insan həyatının uğurlu və uğursuz anları ilə üzbəüz qalırıq, bu anlar qabarıq şəkildə vərəqlər üstündən boy göstərir, üzümüzə gülmüsəyir, bəzən də sonu görünməyən hıçqırtılarla hönkür-hönkür ağalyır. Ümumiyyətlə, insan həyatı məzmunlu və marqlı olanda ağrı-acılar da onu cilalayır. Taleyim qara gətirdi deyib onun qarşısında diz çökməyənlər həyatda uğurlar qazana bilirlər. Bu uğurlar baş işlədəndə daha mükəmməl, daha inamlı olur. Məhz sənədli-povest də bu məqsədə çıraq tutur.
Hörmətli ustadım Ənvər Nəzərlinin «Bu dünyanı belə gördüm» kitabında «Eşitdiklərim, bildiklərim» hekayəsi əsasında araya-ərsəyə gələn «Yaddaşın izi qalır…» sənədli-povestlə bahəm, şeirləri, publisistik qeydləri, bir də müəllif haqqında yazılmış məktub və məqaləlr yer alır. Müəllifin şeirlər bölməsində qəzəllərlə yanaşı, elegiya(məsnəvi), mürəbbe, heca vəznində şeirlər sıralanır. Xususən Ənvər müəllimin istiqlal şairimiz Əhməd Cavada həsr etdiyi əruzun məsnəvi formasında yazdığı elegiyasının (mərsiyəsini) yaratdığı titrəyiş ürəyi ehtizaza gətirir. Şeirdən ilk parçaları əziz oxucuların diqqətinə yetirməyi özümə borc bildim:
Ey Vətən oğlu, əziz şairimiz,
Qəlbi pak, eşqi təmiz şairimiz.
Ey sevən candan əziz millətini,
Ey çəkən millətinin qeyrətini!
Gəlmişik biz səni yad etmək üçün,
Müztərib ruhunu şad etmək üçün.
Müəllifin bu misralarını həyacansız, bəzən də göz yaşısız oxumaq mümkün deyil. 32 beyitlik bu məsnəvi əruzun su kimi axan bəhriylə ürəyimizi riqqətə gətirir. Hesab edirəm ki, bu şeir parçası bəxti qara, şəhid şairimiz Əhməd Cavadın timsalında istiqlal aşiqlərimizə söz ilə yazılmış bir sinfonyadır. Çünki bu beyitlərin içində zəngin bir musiqi var, bu musiqi insanı ruh və paklıq dünyasına çəkib aparır. Ənvər Nəzərlinin bu paklıq dünyasından boylanan mehriban baxışları beyitlər içində sıralanan misralardan od götürür. Neçə-neçə sabahlara öz şöləsini salmaq üçün… Ədəbiyyatımızın sayılıb-seçilən mütəffəkir fikirli adamları ilə bir arada qalmaq üçün…
Hörmətli ustadım, mən Sizin bu kitabı oxudum ki, dərin-dərin mətləblərdən hali olum, ağırılı keçmişinizin acı dastanı mənim də nəslimin, soy-kökümün oxşar fəlakətidir. Deməli, bu sənədli povest təkcə sizin nəslin yox, bütov Azərbacanın taleyinin sənədli-povestidir. Bu kitabınızı oxuya-oxuya, qeyzləndim də, həyacanlandım da, sevindim də! Qeyizim, həyacanım sizə bəllidir, sevincimi isə mən özüm sizə söyləyəcəm. Sevindim ki, şükür Allaha, elmimiz var, savadımız var və sizin kimi gözəl yaddaşı, dərin biliyi olan şairimiz, yazıçımız, ziyalımız var. Yoxsa bu dəyərli kitablar necə yazıla bilərdi? Və qədir bilən oxucular bu mətləblərdən necə xəbər tutub feyziyab olardı? Türk qardaşlarımız demişkən əlinizə sağlıq! Sizi «Bu dünyanı belə gördüm» kitabınız münasibəti ilə cani-dildən təbrik edirəm. Allah Vətən eşqli-işıqlı insanlarımızı qorusun! Çünki Vətənsiz millətin gələcəyi yoxdur, əks halda qeyri millətlərin içində əriyib itməyə məhkum olar. Allah Vətənmizi, İstiqlalımızı və onu göz-bəbəyi kimi bəsləyib sevənləri hifz etsin! Amin!…
Hörmətlə: Şirin xanım Kərimbəyli ŞADİMAN
29.04.2009 Pirallahı