Вы просматриваете: Главная > Məqalələr > 8 MARTA AĞIM

8 MARTA AĞIM

8 MARTA AĞIM

Dörd ildir ki, xalqımızın, Vətənimizin başı min bir bəlalar çəkmiş, həmişə yağıların yağlı tikəsi olmuş ana torpağımız Azərbaycan ağır günlərini yaşayır. Vətənimizin göylərində qara buludlar dolaşır. Neçə-neçə günahsız körpələrimiz, ağbirçəkli analarımız, gülüzlü gəlinlərimiz, ismətli qızlarımız qəfil yağı gülləsinin qurbanı olur. Qara Yanvar qara günlər gətirdi, dərddən, kədərdən əyilməyən, lazım gəlsə köksünü güllə qabağına verməyə hazır olan analarımıza!..
Bu gün mən sinəsi Vətən eşqiylə yanan, damarlarından millət qanı axan qeyrətli, ismətli, hünərpərvər analarımızı, qızlarımızı, bütünlükdə qadınlarımızı dünyanın çox yerində qeyd olunan bu bayram münasibəti ilə təbrik edirəm. Və bu gün cümlə qadınlarımızı Salatın Əskərova kimi cəsarətli, qeyrətli olmağa çağırıram. Bütün dünyada haqqa çıraq tutan ana-bacıları bizim səsimizə səs verməyə çağırıram. Çünki harda bir qan tökülürsə, orda bir ana öz balasını itirir və gözü ölənədək yaşlı qalır. Hər bir eldə ana, bacı namus, ismət rəmzidir, O basılsa, xalq incələr, qaragünlü olar. Yox əgər toxunulmaz olsa, o torpağın qızı, gəlini əsir olmaz, bəxtiyar olar, xoşbəxt olar. Əziz analar, sabahlarınızın firavan və azad olmasını diləyirəm.
07.03.1991