DEYIM

Şeytanlar meydan sulayır, İçimdəki qurd ulayır. Hamı özün sayır insan, Basıbdı dünyanı çayır!... 10.11.2021

DÖRDLÜK

Dünyada ədalət gözləmə ürək, Bilirsən ki, bəndə deyildir mələk. Dost deyib kürəyə saplar bıçağı, Qurar yolun üstə min cürə kələk! 22.11.2021

SALAM RUHUNA

 Qusar rayonun Balaqusar kəndindən Birinci Qarabaq müharibəsi  Şəhidi Sərvər Abdulkərimova ithaf     Min doqquz yüz doxsan bəlayla gəldi, Yağılar Vətənin bağrını…