Вы просматриваете: Главная > Şeirlər > DİLƏKLƏRLƏ GƏL

DİLƏKLƏRLƏ GƏL

Ey səhər, gəlirsən diləklərlə gəl,
Arzusu gözündə qalan olmasın!
Kəsilsin haqlara uzanan şər əl,
Heç bir gülüstanlıq vaxtsız solmasın!…

Səadət qapısı açılı qalsın.
Adam adam olsun bir ömür boyu.
Canın bacasından şadlıq ucalsın,
Aləmə yar olsun insan kök-soyu.

Ürəyin niskili gözü oymasın.
Hamı xöşbəxtlikdən bir ömür dadsın.
Ağlımız hiss etsin həyat təmasın,
Qəlbdən ağrıları, əzabı atsın!

Ey səhər, nurunu ələ hər yana,
Dünya qurürlansın, təbiət gülsün.
Eşqindən doğmalıq var Şadimana,
Günəşin atəşi könlə tökülsün!

14.07.2022