NİYƏ FİKRİMDƏN ÇIXMIRSAN
Ürəyimi ram etmisən,
Girib ora kam etmisən,
Eşqimi ilham etmisən,
Sən ki, qəlbimi qırmısan,
Niyə fikrimdən çıxmırsan?
Hər yerdən rəsmin boylanır,
Dilimdə ismin boylanır,
Bağrımda cismin boylanır,
Sən ki, qəlbimi qırmısan,
Niyə fikrimdən çıxmırsan?
Sabahı axşam edirəm,
Xəyalınla şam edirəm,
Ömrə ehtişam edirəm,
Sən ki, qəlbimi qırmısan,
Niyə fikrimdən çıxmırsan?
Sevməkdi cana bir peşə,
Sevəndə bitmir əndişə,
Səndən qəlbimə yox nəş‘ə,
Sən ki, qəlbimi qırmısan,
Niyə fikrimdən çıxmırsan?
08.02.2015
Şirin Xanım Kərimbəyli Şadiman
Bir cavab yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.