Вы просматриваете: Главная > Şeirlər > GÜCÜM QALMAYIB

GÜCÜM QALMAYIB

GÜCÜM QALMAYIB

Bir şam işığıtək gücüm qalmayıb,
Ələnir vüqarım ömür üstünə.
Yaxşıya, yamana seçim qalmayıb,
Bilmirsən kim durub canın qəsdinə?

Hamı varlığından ucalıq umur,
«Heç kəs ayranına turş deməyir»ki.
Hamı bir-birinin üstünə cumur,
Dil zəhər axtarır, bal yeməyir ki.

Hicran ağrıları bəstəkar olub,
Yeni nəğmələri oxur qulağa.
Bu gün ağu deyən, dünən yar olub,
Min bir tənələri yaxır qulağa.

Dözməyin özü də qul vərdişidi,
Bizə döz deyirlər ətrafdan hamı.
Yəqin ki, zamanın tərs gərdişidi,
Uçular bir gün də fələyin damı.
06.01.2015

Bir cavab yazın