GEDİRƏM ƏHLİ-BƏŞƏR

Gedirəm əhli-bəşər, eyləmə minnəti mənə,

Vermisən hər günümə qəlb dolu zilləti mənə.

 

Çəkmişəm çox kinini qoymamışam könlə yaxın,

Zərrəcə rəhm nədür, qıydın küdurəti mənə.

 

Ruhumu çox qorudum salmayasan ora kiri,

Yaradan bəxş eləyib, çünki bu zinəti mənə.

 

Gecədən sübhə kimi Haqqa açıb əllərimi,

Demişəm şükür sənə verdin zehniyyəti mənə.

 

Adəmə qul olmadan, əyilmədən yaşamışam,

Çünki zəka qapısı yönəltdi zəhməti mənə.

 

İllərin acısını çəkmədə karavan ömrüm,

Çatdırır hər günümə şükür həqiqəti mənə.

 

Sanmayın Şadimanı gördüyünə laldı dili,

Yaradan əxz eləyib bolluca şəfqəti mənə.

30.08.2026/Qusar