Üzümüzə xoş sabahlar açılsın,
Həsrət bitsin, kədər getsin dünyadan.
Pisliklərdən, xətalardan qaçılsın,
Ağıl çaşsa, üz qızarsın həyadan.
Müjdələri qəlbə salaq, insanlar,
Xoş həyata carçı olaq, insanlar.
Bitsin qırğın, qan-qadalar yamandır,
Çatsın sonu silahların nahayət.
Yensin savaş, qana rəvac divandır,
Yetər! Dinlər Yaradana ibadət!
Ömür qısa, həyat gözəl, insanlar,
Hər addımda xeyir əzəl, insanlar.
Var olandan dünyada qan bitirdik,
Keçmiş olsun, bir-birinə can deyək.
Özümüzə inam hissin itirdik,
Sülhə gələk, sülhə eşqlə yan deyək.
Ey Şadiman, kinə yuva qalmasın,
Başımızın üstün savaş almasın.
21.01.2015