İLAHİ, EYLƏ MƏNƏ EŞQÜVÜ İZHAR

İlahi, eylə mənə eşqüvü izhar, gəlirəm,
Bil ki, səcdə evinə aşiq olan var, gəlirəm.
Pak odunla alışıb yanmağa hazırdı könül,
İstəsən eyləyərəm eşqimi mən car, gəlirəm.
Bu həyat aləminə olmadı amadə könül,
Eləyib dilimi lal, qulağımı kar, gəlirəm.
Sənin atəşini çox hifz eləyib cövr edirəm,
Elə bu aşqini hücrənə dildar, gəlirəm.
Mənim əhvalımı heç duymadı bu dövrü-cahan,
Elədim ömrü boyu haqqına ilqar, gəlirəm.
Can deyib canıma düşmən elədim aləmi mən,
Günümü aha büküb eylədilər dar, gəlirəm.
İlahi, mən çəkəni çəkməsin heç bəndələrün,
Hörülüb yollarıma sədd dolu divar gəlirəm.
Axıdır gözlərimin yaşlarını dərdü-vətən
Çoxalıb dərya təki aləmi suvar, gəlirəm.
Şadimana çox dedim, götürmədi ibrətini,
Ömrümü zülmə salıb daddılar min bar, gəlirəm.