DİQQƏT” CÜCƏLƏRİM “TV, HAQQIMA GİRMƏYİN!

DİQQƏT:- ” CÜCƏLƏRİM “TV, HAQQIMA GİRMƏYİN, BU ŞEİRİN MÜƏLLİFİ MƏNƏM!
Novruz bayramı” şeiri-15. 02. 2005 -ildə yazmışam, çap olunub “Ağıla bəhər dünya, ürəyə qəhər dünya” (şeirlər, poema). Bakı 2007, “Nurlan” nəşriyyatı, 742 səh. sayı 500. kitabımda…
—————————-
Müəllif: Ramiz Rövşən YOX, Mənəm Şirinxanım Kərimbəyli Şadiman, bəsdirin, bezdirdiniz məni…
——————————
Müəllif: Ramiz Rövşən
səsləndirmə: Cücələrim tv-ə aiddir.
Bu gün Novruz bayramı,
Gəlib yurda, yuvaya.
Gülür şadlanır hamı,
Şam atılır havaya.
Gur tonqallar qalanır,
Uşaqlar dövrə vurur.
Göydə tüstü bulanır,
Burum-burum tor qurur.
Əllərdə papaq, torba,
Körpələr qaçışırlar.
Şadlıq edir el, oba,
Ürəklər uçuşurlar.
Novruz bayramı gəlir,
Küsüşənlər barışır.
Hər qəlbi sevda dəlir,
Könül canla yarışır.
Uşaqların sevinci,
Aşıb-daşır sel kimi.
Hər birisi dürr, inci,
Qaçışırlar yel kimi.
Bitməsin bu toy, büsat,
Yurdu alsın ağzına.
Qaynasın, daşsın həyat,
Çıxaq ömrün yazına.
NOVRUZ BAYRAMI
Bu gün Novruz bayramı,
Gəlib yurda, yuvaya.
Gülür şadlanır hamı,
Şam atılır havaya.
Gur tonqallar qalanır,
Uşaqlar dövrə vurur.
Göydə tüstü bulanır,
Burum-burum tor qurur.
Əllərdə papaq, torba,
Körpələr qaçışırlar.
Şadlıq edir el, oba,
Ürəklər uçuşurlar.
Novruz bayramı gəlir,
Küsüşənlər barışır.
Hər qəlbi sevda dəlir,
Könül canla yarışır.
Uşaqların sevinci,
Aşıb-daşır sel kimi.
Hər birisi dür, inci,
Qaçışırlar yel kimi.
Bitməsin bu toy, büsat,
Yurdu alsın ağzına.
Qaynasın, daşsın həyat,
Çıxaq ömrün yazına.
Şirinxanım Kərimbəyli (Yayınlayıb Uşaq Bilik Portalı)

12.03.2022

Yığcam Göstər
mətn şəkli ola bilər