Вы просматриваете: Главная > Şeirlər > ŞƏHİD ZƏHRA

ŞƏHİD ZƏHRA

Allah səbrimizi əlimizdən alsın…

Alxanlının ey körpəcə şəhid qızı,
Səmalardan qopub gələn Dan ulduzu,
Dodağında donub qaldı körpə nazı,
Qəfil köksün qanla doldu, şəhid Zəhra,
Təslimçilik qana yoldu, şəhid Zəhra.

Sondü məsum gözlərində həyat eşqi,
Azğın düşmən çocuqlarla edir məşqi,
Bizə “dözün” deyənlərin nədir məşqi?!
Ocaq üstə qəlb dağ oldu, şəhid Zəhra,
Təslimçilik qana yoldu, şəhid Zəhra.

Yazıq dünya haqsızlara əyilibdi,
Həqiqətin başına çox döyülübdü,
Ruhumuzun səbir daşı üyülübdü,
Xeyir şərə çoxdan quldu, şəhid Zəhra,
Təslimçilik qana yoldu, şəhid Zəhra.

Düşmən atan güllələrdən bağrın para,
Yağıların əməlinə Qisas çara!
Axan qanın könlümüzdə açdı yara,
Qarabağla bir oyuldu, şəhid Zəhra,
Təslimçilik qana yoldu, şəhid Zəhra.

Mələk bala, torpaq tənə qucaq açdı,
Ruhun cənnət quşu idi, yerdən qaçdı!
Qaysaqlanmış yaraları yaran açıdı,
Şəhid nənən sənlə soldu, şəhid Zəhra,
Təslimçilik qana yoldu, şəhid Zəhra.

Şəhid olmuş yavruları tapsın ruhun,
Buludların bağırından qopsun ahın,
Yerdə, göydə fəryad təki çapsın ahın,
Daha bəsdi, can oyuldu, şəhid Zəhra,
Təslimçilik qana yoldu, şəhid Zəhra.

Yağılara həyan olan şərdən doğur,
İçimizi məğlubçılıq hissi boğur,
Ey Şadiman, biz susduqca yoxdu uğur…!
Qatillərə qan sayıldı şəhid Zəhra!
Təslimçilik qana yoldu, şəhid Zəhra.

06.07.2017

Şərh üçün bağlıdır.