Вы просматриваете: Главная > Şeirlər > ÖZ SÖZÜ VAR

ÖZ SÖZÜ VAR

 

Hər addımın hər əməli, öz sözü var,
Addımların iştahası, sərt üzü var.
Dünya özü gəldi-gedər yuvasıdı,
Kimə qarğış, kimə Tanrı duasıdı.
Yalan-palan girər könlə cövlan edər,
Öz ruhunu hiylələrlə viran edər.
Dinlər ilə öz kimliyin isbat edən,
İnsan adın çirkablara batır nədən?!
Tapılsaydı bu sualın düz cavabı,
Qazanardı günahı yox, can savabı…
12.06.2017

Şərh üçün bağlıdır.