Вы просматриваете: Главная > Şeirlər > ƏLİNİ ÇƏK BIĞINA

ƏLİNİ ÇƏK BIĞINA

12767586_1701402433434676_1808809293_n

Yağlı-yağlı əlini çək bığına,
Millət ölür, millət batır sənə nə,
Dırmaş hər gün yalan, hiylə dağına,
Məmləkətin bəxti yatır, sənə nə?

Dağıt pulu, sağa-sola xərc elə,
Kasıbları məhv etməkçin mərc elə,
Şablon-şablon yalanları dərc elə,
İntiharın sayı artır, sənə nə?

Ağrı-acı insanları çaşdırır,
Boş təhnələr səbirləri daşdırır,
Qəzəb artır, bir çoxunu coşdurur,
Dilin tutur, səbrin basır, sənə nə?

Hamı bilir bu ölkədə talandı,
Qanunları həbsə salan yalandı,
Kreditlər xalqı boğan ilandı,
Sığındığı evin satır, sənə nə?

Hamı dərdin çarəsini arayır,
Oğru məmur işə necə yarıyır?!
Cib soymaqla bəxtinə ağ sarıyır,
Tut kürsünü, rahat otur, sənə nə?!

Məmləkətin bir xoş günü olmadı,
Ürəklərin yağı getdi qalmadı,
Zənn edirsən bu ölkə bir almadı,
Çək dişinə, mədən tutur, sənə nə?

Şadimana dedim lal et dilini,
Öl, yaşma, çək dünyadan əlini,
Eşitməyir heç kim qulu, köləni…
Ahım ərşdə, yanır sətir, sənə nə?
07.01.2017

Şərh üçün bağlıdır.