Вы просматриваете: Главная > Şeirlər > DÖRDLÜKLƏR

DÖRDLÜKLƏR

1284624151_maspenmarte

Insanı sərhədə, səddə salanlar,
Butun huquqları əldən alanlar,
Əlinizdə deyil dünya nizami,
Bir gün ozünüzə yetər talanlar.

Cəkdiyim acıdan hec küsmə, ürək,
Qəfil qasırgatək sərt esmə, ürək.
Bilirəm agrını sən daşıyırsan,
Məni tərk etməyə tələsmə, ürək….

Zaman ömürləri çəkdikcə dişə,
Vücuda toy tutdu, artdı əndişə.
Əlin yetmədiyi hər bir diləyi
Yandırdı ilğımlar, döndü küləşə.

Qaçırır ömrü zaman dəmbadəm,
Zilə boylananda qonur ruha bəm.
Çarpışır gerçəklik içində ürək,
Qalmışam arada mən taleyi kəm.
11.11.2016