Вы просматриваете: Главная > Şeirlər > ÇOX SÖZLƏRİM VAR…

ÇOX SÖZLƏRİM VAR…

1210227563_cicek27

Sənə deyəcəyim çox sözlərim var,
Ürəyim özündə tutub saxlayır.
Əgər inanmırsan tut sinəmi yar.
Hər ağrı içimdə canı oxlayır.

Mən səndən qaçıram, qəlbim tələsmir,
Mənim əhvalıma azca da əsmir,
Sənlə iltifatı heç zaman kəsmir,
Məni həsrətinlə hər gün yoxlayır.

Bilmirəm, heç hara qaçım bu haldan?
Yolun açıq deyim, çəkilim yoldan,
Qurtara bilmirəm mən ki, zavaldan,
Bəxtim də mənimtək hələ yuxlayır.

Çarpışır ürəyim ahi-zar ilən,
Əzrayıl aldanmır boş məzar ilən,
Tutub əllərində intizar ilən,
Sənin göndərdiyin gülü qoxlayır.
12.11.2016
Şirin xanım Kərimbəyli Şadiman