EY XUDA
Mum etdin hər sirini,
Açmadın heç birini,
Həm ölü, həm dirini,
Qoydun qəflət yuxuda,
Ey Xuda.
Bizi Məcnun eylədin,
Eşqə cunun eylədin,
Təni unun eylədin,
Sındı dünya oxu da,
Ey Xuda.
Hökmündə bəşər ömrü,
Dilində haqq əmiri,
Yoğurursan xəmiri,
Qalıb əldə çoxu da,
Ey Xuda.
Hər bədən açmış gülün,
Aləm gözünə tülün,
Oxur həyat bülbülün,
Burnu min bir qoxuda,
Ey Xuda.
İtirib bəşər özün,
Boyayıb şərlə üzün,
Qapına dizin-dizin…
Gələr qara-qorxuda,
Ey Xuda.
Gecəmi şam eylədin,
Təbimlə kam eylədin,
Əhdi ilham eylədin,
Əqlimi tam eylədin,
Ərşə qaçıb yuxu da,
Ey Xuda.
Şadimanı var etdin,
Canın qəmə zar etdin,
İlhamıyla yar etdin,
Bu aləmə car etdin,
Eşqin könlümə qida,
Ey Xuda…
19.02.2003
Şirin Xanım Kərimbəyli Şadiman