Вы просматриваете: Главная > Şeirlər > DÜNYA YAMAN SIXIR MƏNİ

DÜNYA YAMAN SIXIR MƏNİ

Ürəyimə qor toxuyur,
Gözü yaman tor toxuyur.
Görə-görə kor toxuyur,
Səadətdən çıxır məni,
Dünya yaman sıxır məni.

Diri-diri canı alır,
Cəhənnəmə tutub salır,
Yenə elə mənlə qalır,
Hər sıxanda yıxır məni,
Dünya yaman sıxır məni.

Zərbi min bir daş sındırır,
Gözlərimdə yaş sındırır,
Daşın atır baş sındırır,
Edib qəmə axır məni,
Dünya yaman sıxır məni.

Öndə neçə bəndi-bərə,
Şiş sıldırım, sonsuz dərə,
Alıb başı üstə yerə
Təpəsindən qaxır məni,
Dünya yaman sıxır məni.

Şadimanın yox əlacı,
Başda dərdin ahdan tacı,
Verdiyi bu ağrı-acı
Öldürəcək axır məni,
Dünya yaman sıxır məni.
Dünya yaman sıxır məni.
17.09.2008
Şirin Xanın Kərimbəyli Şadiman

Şərh üçün bağlıdır.