Вы просматриваете: Главная > Şeirlər > KEÇİB GEDƏN

KEÇİB GEDƏN

Ay qarşıdan keçib gedən,

Bəs salamın harda qaldı?

Öz-özünü çab-baş edən

Səni kim bu günə saldı?

 

Salam Allah kəlamıdır,

Günümüzə nur şamıdır,

İçində nə kin damıdır?!

De düşdüyün bu nə haldı?

 

Üz-gözündə qəzəb daşır,

Şeytanınla pıçıldaşır,

Əməlinlə can yollaşır,

İçindəki nə zavaldı?

 

Ruhunu bir az təmizlə,

Baxışları xoş əzizlə,

İnsanı sev, kini bizlə,

Desinlər ki, dili baldı.

 

Dayanmayır ötüşür vaxt,

Ömrə çatıb bitişir vaxt,

Deməsinlər sənə heç vaxt,

Baş yerinə boş qavaldı.

 

Ay qarşıdan üz turşudan,

Dil içində söz turşudan,

Xeyir tapmır can turşudan,

Başın tərs fırlanan valdı.

12.08.2016

Şirin Xanım Kərimbəyli Şadiman