Вы просматриваете: Главная > Şeirlər > SEVƏN ADAM

SEVƏN ADAM

         _AZpressAZ_shirnxanim_shadiman

Yaman pəjmurdəsən, yaman nigaran,

Gözlərin yol çəkir, ey sevən adam.

Yəqin ki, həsrətdən sızlayır yaran,

Bilməz qəlbin məkir, ey sevən adam.

 

Sən eşqi içində tütyəmi etdin?

Dəryada batmayan bir gəmi etdin,

Həsrətin qurumaz dərd-qəmi etdin,

Olarmı içdə kir, ey sevən adam?!

 

Mən də işığına möhtac kimiyəm,

Bütün ağrılara lap ac kimiyəm,

Ocağı alışan bir sac kimiyəm,

Qəlbim sənə çəkir, ey sevən adam.

 

Ürəyim sayrışan ulduza bənzər,

Həsrət donduranda can buza bənzər,

Sevgi də içimdə xoş naza bənzər,

Könlə gurşad tökür, ey sevən adam.

 

İllərdi ətrafdan zülmə düçaram,

Deyirdim vüsala qapı açaram,

Qayıt gəl könlümə, sənsiz naçaram,

Qəlbimi qəm sökür, ey sevən adam.

16.06.2016

Şirin Xanın Kərimbəyli Şadiman